Gürcüstan Keşikçidağ hadisəsi ilə bağlı bəyanat verdi

08:45 16-07-2019 | icon 678 | Geopolitika
Gürcüstan Keşikçidağ hadisəsi ilə bağlı bəyanat verdi

Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında Gürcüstan vətəndaşlarının iştirakı ilə baş verən insident Gürcüstan və Azərbaycan arasında strateji münasibətlərə uyğun deyil.

 

Versus.Az trend-ə  istinadən bildirir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Bu cür insidentlər iki ölkə arasında mövcud olan strateji və əməkdaşlıq münasibətlərinə uyğun deyil. Məhz buna görə də biz hesab edirik ki, ekspert qrupları və delimitasiya üzrə komissiyanın görüşləri vaxtında davam etdirilməlidir. Gürcüstan tərəfi bu məsələdə tam hazır olduğunu nümayiş etdirir. Həmçinin təxribatlardan yayınmaq üçün ictimaiyyətin maksimal dərəcədə təmkinlik nümayiş etdirməsi vacibdir".

 

Xatırladaq ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum ediblər və onları nalayiq ifadələrlə təhqir ediblər. Bununla bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi