"Sivil mübarizə üsulunu aşılamalıyıq"

20:40 23-03-2018 | icon 608 | Gündəm
"Sivil mübarizə üsulunu aşılamalıyıq"

"Söyüş və təhqir küçə psixologiyasının məhsuludur"

 

"Həyatımızın mühüm bir hissəsi olan ənənəvi media ilə yanaşı, elektron KİV, xüsusilə də sosial media və sosial şəbəkələr sürətlə inkişaf edir. Hətta dünyanın süpergüc dövlətlərində belə siyasi kampaniyalar zamanı sosial şəbəkələr mühüm faktor kimi çıxış edir. Azərbaycan da beynəlxalq birliyin mühüm bir tərkib hissəsi kimi bu inkişafdan özünə pay götürür. Artıq ölkəmizdə sosial şəbəkə istifadəçilərinin sayı kifayət qədərdir".

 

Versus.az-ın məlumatına görə, bunu açıqlamasında "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. Sosial şəbəkələrin artıq siyasi arenada özünə yol açaraq geniş polemika, müzakirə meydana çevrildiyini vurğulayan V.Rəhimli qeyd edib ki, bu vasitədən düzgün, yerində və əxlaq çərçivəsində istifadə etdikdə daha effektli və təsirli olur:

 

"Təəssüf ki, bir neçə müddətdir şəxsi ambisiyalarının əsirinə çevrilmiş bəzi insanlar bütün “sərhədləri” aşaraq heç bir əxlaq, etik normalara sığmayan fikirlər səsləndirir, mübarizə üsulunun ən “axırıncı yoluna” əl atırlar. Sosial şəbəkələr həyatımızın mühüm bir parçasına çevrilib. Bu virtual məkandan yaşından, cinsindən, sosial statusundan asılı olmayaraq hər kəs öz fikir və düşüncələri, dünya görüşü və tələbatına uyğun istifadə edir".

 

Baş redaktorun fikrincə, bu mənada hər bir istifadəçi virtual da olsa ictimaiyyət arasında olduğunu unutmamalı, paylaşdığı fikir və düşüncələrinə diqqət yetirməlidir. Təəssüf ki, bir qrup insan bütün milli, mənəvi dəyərlərin üstündən xətt çəkərək dövlətə, onun dəyərlərinə, dövlət rəsmilərinə qarşı çirkin kampaniya aparır:

 

"Sözsüz ki, bu, yolverilməzdir. Söyüş və təhqir küçə psixologiyasının məhsuludur və heç kimə başucalığı gətirmir. Ona görə də bu cür ünsürlərə qarşı ciddi şəkildə mübarizə aparmalı, bütün platformalarda, eyni zamanda virtual məkanda etik normalara əməl etməklə onlara lazımı cavab verməliyik, sivil mübarizə üsulunu aşılamalıyıq".

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı