Azərbaycanın Keçişçidağ qalmaqalı və sərinləşən münasibətlər

20:53 16-07-2019 | icon 1309 | Kürsü
Azərbaycanın Keçişçidağ qalmaqalı və sərinləşən münasibətlər

Politoloq Ramiyə Məmmədova

 

Gürcüstan - Azərbaycan qonşuluğu və tərəfdaşlığı hər zaman dostluq münasibətlərilə seçilib. Lakin qısa zaman kəsiyində baş verən “Keşikçidağ” məbədi insidenti məsələ ətrafında düşünməyə vadar edir.

 

Əlbəttə, bu məbəd hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir. Qafqaz Albaniyasına aid olan bu abidə kompleksi Ağstafa rayonun mərkəzindən 75 km məsafədə, Gürcustan sərhəd zolağı boyunca ucalan Qatardağ silsiləsində, dəniz səviyyəsindən 750-950 metr hündürlükdə, sıldırım qayalıqlar üstündə yerləşir. Albaniyada dövlət dini xristian dini olduğundan bütün abidələr bu dinə aid olub. Azərbaycanda isə islam dini yayıldığından bu məbədlərə maraq göstərilməyib. Bunun da nəticəsində yaxın qonşularımız olan erməni və gürcülər bu tarixi abidələri ozününküləşdirərək öz tarixi abidələri kimi qələmə verməyə başlamışlar. Əlbəttə keçmiş SSSR-i zamanı bu cür abidələr və tarixi memarlıq obyektləri problem yaratmadan və araşdırmaya məruz qalmadan hər kəsə aid idi. Bu ərazidə hətta o zaman təlim poliqonu yerləşdiyindən burada gəzmək belə qadağan edilmişdi.

“Keşikçidag” mağarası yalnız müstəqillik dövründən sonra araşdırma obyektinə çevrildi və əcdadlarımızın bizə miras qoyduğu bu abidəyə insanlar tərəfindən də maraq artdı. Gürcüstan və Azərbaycan arasında bölüşdürülmüş bu ərazi 20 ildən çoxdur ki, iki strateji partnyorun həll edə bilmədiyi münaqişə olaraq bügünkü gündə də qalmaqdadır. 1996-cı ildə Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasıyla bağlı birgə komissiya yaradılıb. Amma bu iki ölkə arasındakı sərhəd xəttinin üçdə biri, o cümlədən, kompleksin müəyyən hissəsinin yerləşdiyi ərazi hələ də razılaşdırılmamış olaraq qalmaqdadır.

İnsidentin bu qısa zamanda və ikincisinin daha da gərginliyə səbəb olması, artıq əsgərlərin üstünə hucum cəkilməsi, silahlarının əlindən alınması və təhqir edlməsini Gürcüstan XİN-nin dediyi kimi kiçik insident adlandırmaq olmaz. Bunun altında yatan istək, torpaq iddiası, silahlı qüvvələrimizə göstərilən təyziq artıq dövlətimizə, millətimizə, əsgərimizə və dövlətçiliyimizə uzanan dil və əl kimi dəyərləndirilməlidir. Azərbaycan hər zamanki kimi həm yaxın qonşularla, həm də uzaq ölkələrlə öz millətinin mənafeyini güdərək balanslı və sülhsevər siyasətini göstərməkdə davam edir. Lakin bu o demək deyil ki, 30 il öncə göstərdiyi loyallıq nəticəsində Ermənistanla başlanan münaqişə bu gün də Gürcüstana göstəriləcək. Azərbaycan öz sülhsevərliyini ağır ödədi və bir də bu səhvə yol verməməlidir və verə də bilməz. Nə millət olaraq, nə də dövlət olaraq.

Azərbaycan yaxın qonşuları ilə müharibə etmək fikrində deyil, məsələni daha cox diplomatik yolla həll etməyə calışacaq. Lakin unutmaq olmaz ki, Gürcüstanın bu addımları təkbaşına veriləcək qərar deyil. Vaxtilə Ermənistan da torpaqlarımızı işğal edərkən öz ağlına və gücünə güvənməmişdi. Eyni məsələ bü gün Gürcüstana aiddir. Əslində yaxın dediyimiz qonşular hər zaman yaxın olmur və dövlət maraqları və iddiaları bu münasibətləri üstələyir. “Keşikçidağ” məsələsi iki qonşu və dövlət arasındakı münasibətlərin korlanması və Azərbaycanın ikinci münaqişə zonasında müharibəyə başlaması üçün ən rahat yoldur. Azərbaycan bu gün regionun qabaqcıl ölkəsi olaraq bu münaqişəyə başlayarsa, region inkişafdan qalar, bütün layihələr dayanar, pul axını kəsilər və tək Azərbaycan deyil, bütün yaxın dövlətlər də ac və səfil halına düşər. Azərbaycanın ziyanından cox, xeyirinin bütün tərəfdaşlıq etdiyi dövlətlərə dəydiyi göz qabağındadır. Bu reallığı danmaq olmaz. Lakin bu regionun inkişafdan qalması və xarabaliğa çevrilməsi kimə lazım ola bilər? Əlbəttə ki, hər zaman böyük iddialarla yaşayan böyük dövlətlərə. Balaca dövlətlərin inkişafı, beynəlxalq aləmdə söz sahibi olması, öz müstəqil siyasətlərini yürütməsi, sərvətlərindən faydalanaraq böyük düşünüb böyük layihələr həyata keçirməsi və addım-addım inkişaf edərək Qərbə çıxması, qıcıqlandırmasın, bəs neyləsin? Ən rahat yol bu vəziyyətdə münaqişə zonasının yaradılması və bütün gücün ora yönləndirilməsidir. Və cox təəssüf ki, bunu yaxın qonşular anlamır və ya bilərəkdən bu oyunu oynayanların əllərinə su tökməkdə davam edirlər. Azərbaycan hər kəslə savaşa bilməz, bir munaqişəni bitirmədən ikinci münaqişəyə girə bilməz. Bunu anlamaq lazımdır. Ən əsas bunun diplomatik yollarla həll olumasıdır ki, artıq XİN-ə Gürcustanın səfiri dəvət olunaraq məsələ izah olunmuş və tədbir görülməsi istənilmişdir.

Əsgərlərimizin xoş niyyət göstərərək, əlverişsiz hava şəraitində xarab olmasın deyə, məbədin üstündəki ikonaların çıxarılaraq gürcülərə təhvil verilməsi bu qədər gərginlik yaradırsa, bu, artıq gürcülərin bu barədə öz millətinə lazımınca izah verməməsidir və hazırki hakimiyyət Sarakaşvilinin dövründəki kimi “Azərbaycan işıqsız qalıb amma Gürcüstana işıq verdi, bundan böyük qardaşlıq ola bilməz” sözlərini dəfələrlə yadlarına salması məcburiyyətindədir. Əks halda, Gürcustanın işiğı da, qazı da kəsilərsə, artıq onlar sonunu düşünsün.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI