“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları BDU-da olublar

21:25 16-07-2019 | icon 969 | Təhsil
“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları BDU-da olublar

Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində təşkil edilən “Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları Bakı Dövlət Universitetində olub, «Elm və ali təhsil sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı» adlı dəyirmi masada iştirak ediblər.

 

Versus.Az-ın məlumatına görə, BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva yay məktəbinin iştirakçılarını salamlayıb, bu il 100 illik yubileyini qeyd edən Bakı Dövlət Universitetinin tarixi, beynəlxalq əlaqələri və Rusiya universitetləri ilə qarşılıqlı əməkdaşlığından bəhs edib.

 

Sonra yay məktəbinin iştirakçıları universitetin tədris və tədqiqat laboratoriyaları, muzey və mərkəzləri ilə tanış olub, Rus Mərkəzinə baş çəkiblər.

Qeyd edək ki, yay məktəbində Rusiya Federasiyandan Samara Dövlət Texniki Universitetinin, Ural Dövlət Dağ-Mədən Universitetinin, Rusiya Dövlət İxtisas–Pedaqoji Universitetinin, Şimali Qafqaz Federal Universitetinin, Kuban Dövlət Universitetinin, Dağıstan Dövlət Universitetinin tələbələri, o cümlədən Azərbaycan ali məktəblərinin tələbələri iştirak edirlər.

 

Yay məktəbində Bakı Dövlət Universitetini Filologiya fakültəsinin III kurs tələbəsi Sona İsmayılova və IV kurs tələbəsi Zümrüd Məmmədova təmsil edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin