Rusiya Ukraynadan Avropa Şurasına şikayət etdi

23:41 16-07-2019 | icon 374 | Dünya
Rusiya Ukraynadan Avropa Şurasına şikayət etdi

"Avropa Şurasının bütün müvafiq orqanlarını buna reaksiya verməyə çağırırıq"

 

Rusiya Avropa Şurasını bu gün Ukraynada qüvvəyə minən yeni Ukrayna dili haqqında qanuna reaksiya verməyə çağırıb.

Versus.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya nümayəndəliyi tvitterdə bu barədə məlumat yayıb.

"16 iyul "Ukrayna dilinin dövlət dili kimi fəaliyyəti haqqında" qanun qüvvəyə minir. Biz hesab edirik ki, bu qanun Ukraynanın Avropa Şurasındakı öhdəliklərinə ziddir. Avropa Şurasının bütün müvafiq orqanlarını buna reaksiya verməyə çağırırıq", - deyə bildirilir.

Ukraynanın Ali Radasının 25 aprel 2019-cu il tarixində təsdiqlədiyi və mayın 15-də Ukraynanın o zamankı prezidenti Petro Poroşenko tərəfindən imzalanan qanun layihəsinə görə, bundan sonra vətəndaşlar həyatlarının bütün sahələrində Ukrayna dilindən istifadə etməyə borcludur.

Qaydalara riayət olunmasına nəzarət etmək üçün xüsusi dil müfəttişləri təyin ediləcək. Onlar istənilən hakimiyyət orqanlarının iclaslarında iştirak etmək, qeyri-hökumət təşkilatlarından və siyasi partiyalardan yoxlama üçün sənədləri tələb etmək və cərimə tətbiq etmək hüququna malik olacaqlar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol