2018-ci ildə Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq üçün prioritetlər qəbul edilib

14:08 17-07-2019 | icon 516 | Geopolitika
2018-ci ildə Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq üçün prioritetlər qəbul edilib

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı əlaqələrdən söhbət açarkən mən Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözlərini istifadə etmək istərdim - Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər tərəfdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır.

 

Bunu TREND İnformasiya Agentliyinin baş direktor müavini Lina Vaytkyaviçene "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində bildirib.

 

L.Vaytkyaviçenenin sözlərinə görə, Aİ və Azərbaycan coğrafi məsafəyə baxmayaraq, hər il siyasət, biznes və mədəniyyət kimi bir çox sahələrdə bir-birinə daha da yaxınlaşa bilərlər:

"Səbəb Azərbaycanın Avropa və Asiyanı birləşdirən beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsidir. Buna ölkənin coğrafi mövqeyindən faydalanaraq infrastruktur və nəqliyyat sektoruna investisiyaların qoyulması nəticəsində nail olunmuşdur. Əlbəttə ki, burada Cənub Qaz Dəhlizinin də rolu qeyd olunmalıdır. Bu dəhliz sözün əsl mənasında Aİ və Azərbaycanı birləşdirir".

Ekspert qeyd edib ki, ikitərəfli əlaqələrin gələcək perspektivlərinə gəlincə, artıq bir çox addımların atıldığını demək olar:

"2018-ci ildə Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq üçün prioritetlər qəbul edilib və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatacaq. Hər iki tərəfin iqtisadiyyatı bunlardan faydalanacaq və tərəflərin siyasi, biznes, eləcə də mədəni əlaqələri daha da dərinləşəcək. Bu müsbət impuls Aİ ilə Azərbaycan arasındakı tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırmalıdır. Təbii ki, bütün bunlardan hər iki tərəf bilavasitə bəhrələnəcək".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı