“Gilan Holding”dən KİV nümayəndələri üçün təlim

14:33 17-07-2019 | icon 606 | KİV
“Gilan Holding”dən KİV nümayəndələri üçün təlim

“Əkinçi” qəzetinin nəşrindən bu günə kimi dilimizin zənginliyini bütün dünyaya bəyan edən, Azərbaycanın böyük sərvəti və dəyəri olan milli mətbuatımız, fəaliyyətinin 144 illiyini qeyd etməyə hazırlaşır. Ölkədə müxtəlif uğurlu layihələrin həyata keçirilməsində dəstək göstərən “Gilan Holding” proaktiv və öz işini sevən KİV nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunmuş “Breaking News!” Media Weekend 2019 adlı təlim proqramını təşkil edəcək.

 

Versus.Az xəbər verir ki, təlimin aparıcısı beynəlxalq media üzrə ekspert və konsultant Fil Vordman olacaq. O, “Sky News”, “BBC”, “Thomson Reuters”, “ITV News” media qurumlarında 30 ildən çox müxtəlif rəhbər vəzifələrində çalışaraq, dünya səviyyəsində tədbirlərin planlaşdırılmasını və işıqlandırılmasını həyata keçirib. Bir çox ölkələrdə peşəkar media təlimləri keçirən Fil Vordman, “Gilan Holding”-in dəvəti ilə ilk dəfə Azərbaycan jurnalistləri ilə öz təcrübəsini bölüşəcək.

 

20 və 21 iyul tarixlərində, “Pullman” otelində baş tutacaq təlimdə dünya səviyyəsində irimiqyaslı tədbirlərin, biznes və iqtisadiyyat xəbərlərinin işıqlandırılması, məlumatların yoxlanılmasında tətbiq olunan alətlər, mediada rəqəmsal texnologiyaların istifadəsi üzrə ən son həllər müzakirə olunacaq. Bundan əlavə, müxtəlif tipli xəbərlərin ən effektiv formada yayımlanması, həmçinin aktual hadisələr barədə daima xəbərdar olmağın sirləri və digər maraqlı yeniliklər Fil Vordmanın təqdimatında açıqlanacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi