713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

16:15 17-07-2019 | icon 763 | Qarabağ
713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Erməni işğalçılarına qarşı Laçın uğrunda gedən döyüşlərdə iştirak edən 713-cü batalyonun döyüşçüləri  - qazilər Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Bu barədə  Versus.Az-a Qarabağ qaziləri özləri məlumat veriblər. 30-dan çox Qarabağ qazisi gül dəstələri, ürək dolu xatirələri ilə şəhid qardaşlarının məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub, döyüş yollarında birgə keçdikləri odlu-alovlu günlərin xatirələrini bölüşüblər.

 

Qeyd edək ki, 713-cü batalyon birinci Qarabağ müharibəsində Laçın rayonunun müdafiəsi uğrunda könüllülərdən təşkil olunaraq yaranıb. Sonradan 713-cü batalyon ləğv olunub və döyüşçüləri ayrı-ayrı hərbi hissələrə göndəriliblər.

 

Bu gün Batalyon üzvləri yenidən toparlanır və hər an torpaqların azadlığı uğrunda hazır olduqlarını, Ali Baş Komandanın əmrini gözlədiklərini bəyan edirlər. 713-cü batalyonun igidləri tez-tez Şəhidlər Xiyabanına gedir və Şəhid dostlarına düşməndən qisas alacaqlarına, torpaqları azad edəcəklərinə söz verirlər. 

 

Qazilərin verdiyi məlumata görə, bu batalyonun şəxsi heyətində olan və odun-alovun içərisindən sağ-salamat çıxmış qazilər tez-tez şəhidlərin ailələrini ziyart edir, Şəhid dostlarının doğum və ölüm günlərində döyüşə gedirlərmiş kimi nizamlanırlar. Hesab edirlər ki, torpaqlar işğaldadırsa, keçmiş döyüşçülərin pərakəndə halda, bir-birindən xəbərsiz vəziyyətdə qalmaları doğru deyil.

 

Qeyd edək ki, 713-cü batalyonun komandiri başda olmaqla, qazilərin əksəriyyəti bu günə qədər də döyüçü -veteran vəsiqəsini almayıblar. Qazilər deyirlər ki, müəyyən bir ərəfədə vəsiqə ilə bağlı müraciətləri uğursuz alındığı üçün sonradan bu məsələdə hər hansı bir cəhd göstərməyıblər. Çünki həmişə hesab ediblər ki,  döyüşə vəsiqə üçün deyil, torpaqların azadlığı uğrunda gediblər və bu gün də o amalla yaşayır, o amalla Şəhid dostlarını anırlar. 

 

Qazilər deyirlər ki, əgər müharibə başlayarsa döyüşdə ön cərgələrdə dayanacaqlar. Bu onların Vətən borcu, Şəhid qardaşlarının  ruhu qarşısında verdikləri söz, ali məqsədləridir.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ