Razi Nurullayevin reigonlarda sakinlərlə görüşləri davam edir

21:45 24-03-2018 | icon 680 | Siyasət
Razi Nurullayevin reigonlarda sakinlərlə görüşləri davam edir

Prezidentliyə namizədin növbəti səfəri Cocuq Mərcanlıda baş tutub

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, “Cəbhəçilərin təşəbbüs qrupu”-nun namizədi Razi Nurullayev sakinlərlə görüşə Cəlilabad zəhmətkeşləriylə başlayıb.

 

Versus.az-ın məlumatına görə, Prezidentliyə namizədin reigonlarda sakinlərlə görüşləri davam edir. Sakinlərlə növbəti görüş Cocuq Mərcanlıda baş tutub.

 

Cocuq Mərcanlıda Prezidentliyə namizəd və onu müşayət edən nümayəndə heyətini birinci hərbçilər qarşılayıblar. Sənədlər yoxlandıqdan sonra kəndə daxil olublar. Burada onların kimliyini bilib xoş gəldin ediblər.

 

Təsüratlarını bölüşən Prezidentliyə namizəd Razi Nurullayevin sözlərinə görə, polislər onlarla bir-bir görüşür, sonra ardlarınca irəliləyərək amizədi müşaiyət ediblər:

 

“Nə sual verirdilər, nə də göstəriş. Təəccübləndim ki, bəlkə də tarixdə iqtidar partiyasından başqa belə hörmət və izzətlə qarşılanan namizəd olmamışdı. Ölkəmizmi dəyişib, polisimizmi dəyişib, yoxsa biz fərqinə varmamışıq?”

 

Prezidentliyə namizəd 73-saylı Cocuq Mərcanlı seçki məntəqəsini ziyarət edib, şəraitlə tanış olub:

“Yüksək səviyyədə qurulub. Hər şey yerli yerində. Ən gözəl məntəqələrdən biridir bəlkə də. Münasibət də gözəl. Dedim ki, qarşılanmadan və prezidentliyə namizədə göstərilən diqqətdən məmnunam. Ümid edirəm ki, 11 Aprel səsvermə günündə də hər şey şəffaf və ədalətli olacaq. Məni əmin etdilər ki, olacaq”.

 

R.Nurullayev məscidi də ziyarət edib. Burada Allaha dualar edib, bütün şəhidlərimizə cənnət diləyib:

 

“Şuşa məscidinin eynisi tikilib. Görüşümdə insanlara dedim ki, Qarabağ mütləq azad ediləcək. Qüdrətli və şanlı milli ordumuz ən müasir silahlarla düşməni məhv edəcək. Daha müasir elektron silahlar da alacağıq. Əgər etimad göstərilsə, söz verdiyim kimi, Pakistan ordusu və nüvə silahı Azərbaycanda olacaq. ABŞ və Avropa ölkələri ilə də hərbi-texniki əməkdaşlığı daha da genişləndirəcəyik”.

 

Prezidentliyə namizəd və nümayəndə heyəti Cocuq Mərcanlıdan geri dönüşdə Horadizə də baş çəkərək şəhidlikləri ziyarət edərək, qəhrəmanların ruhlarına dualar oxuyublar.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı