Təmiz ada qara ləkə olanlar

09:22 25-03-2018 | icon 1138 | Kürsü
Təmiz ada qara ləkə olanlar

Kəskin şəkildə qınanılmalı

SEVİNC SEYİDOVA
/"Həftə içi" qəzetinin baş redaktoru/

 

Azərbaycanda hər dəfə ölkəmiz üçün taleyüklü proseslərin yaşanacağı ərəfədə dövlətimizə qarşı çirkin kampaniyaların şahidi oluruq. Bəzən bu kampaniyaların aparıcıları rolunda müxtəlif "QHT"lər, bəzən də erməni lobbisindən maliyyə dəstəyi alaraq özlərini insan hüquq və azadlıqlarının "müdafiəçisi" adlandıran "siyasətçi"lər çıxış edir.

 

Bu dəfə isə bir az fərqli vəziyyətlə üzləşmişik. Əvvəlki ssenarilərin heç bir effekt vermədiyini görən antiazərbaycan kampaniyasının arxasında dayanan şər qüvvələr indi də öz mənliklərini, şərəf və ləyaqətlərini satan sapı özümüzdən olan baltalardan yararlanmağa çalışır. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da vurğuladığı kimi, - "insanlar təkcə bildikləri danışıq dilində deyil, eyni zamanda malik olduqları mədəni-mənəvi keyfiyyətlərin dili ilə danışırlar".

 

Bəli, hər bir polemika, müzakirə əxlaq və mədəni çərçivələrdə aparılmalı, şərəf və ləyaqətin alçaldılmasına, təhqirlərə qətiyyətlə yol verilməməlidir. Bu normaları gözləməyənlər isə ölkəsini, dövlətini sevən hər bir vətəndaş tərəfidən kəskin şəkildə qınanılmalı, belələrinin cavabları birlikdə verilməlidir.

Bu məsələdə tək mətbuat yox, həm də xaricdə yaşayan on minlərlə soydaşımız da fəallıq nümayiş etdirməlidir. Unudulmamalıdır ki, başqalarının əlaltılarına çevrilərək öz dövlətinin maraqlarını qurban verənlər həmin ölkələrdə yaşayan minlərlə azərbaycanlının da təmiz adına qara ləkədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR