POLİTOLOQ: “Gürcü radikalları bunu yaxşı dərk etməlidir”

17:32 18-07-2019 | icon 1023 | Geopolitika
POLİTOLOQ: “Gürcü radikalları bunu yaxşı dərk etməlidir”

PARTİYA SƏDRİ: “Əsgər və komandir cəzalandırılmalıdır”

 

Ölkə ictimaiyyəti son günlər Azərbaycandakı Keşikçidağ məbədinə qarşı “gürcü iddiaları”nın ardınca bu günlərdə sərhədçimizə qaşı həyata keçirilən cinayət tərkibli hadisəyə qəzəb hissi ilə yanaşır. Bu, ölkəmizə qarşı növbəti ərazi iddialarının fonunda təxribat xarakterli addımlar hesab olunmaqla yanaşı, artıq dost hesab olunan ölkələrə qarşı “ciddi sərhədlər” qoyulması tələbini irəli sürür.

 

Versus.Az xəbər verir ki, “gürcü vətəndaşının sərhədçini vuraraq silahını əlindən alması bizlərə növbəti bir dərs olmalıdır” - deyən qazilər də, sadə vətəndaşlar da məsələyə hüquqi qiymət verilməsini istəyirlər. Sərhəddə baş verənlərə qarşı ciddi qınaq var və belə bəyanatlar səslənir ki, sərhədçi ona yaxınlaşan obyekti kimliyindən asılı olmayaraq güllələməli idi. Məsələ ekspert və siyasilər tərəfindən də birmənalı təhlil olunmur.

 

Politoloq Fikrət Sadıqov bildirib ki, sərhəddə gürcü vətəndaşının əsgərlə nələrisə müzakirə edib, sonradan ona hücum etməsi qanunaziddir və iki dövlət arasındakı münasibətlərə zərbədir.  Politoloq hesab edir ki, gürcü radikalları bunu yaxşı dərk etməlidir:

 

“Nəzəri cəhətdən əgər söhbət iki dövlət arasındakı sərhəddən gedirsə, o ciddi şəkildə qorunmalıdır. Bu neçə ay ərzində baş verən neqativ halları nəzərə alsaq, deməli sərhəddə gücləndirilmiş sistemə keçilməlidir və belə hallara qarşı cavab verə biləcək hərbçilər dayanmalıdır. Sərhədçi sərhəddin müdafiəsi zamanı müzakirələrə və danışıqlara üstünlük verməməlidir. Çünki artıq uzun illər Ermənistanın Azərbaycana qarşı başladığı münaqişələr onu göstərir ki, sərhədlər ciddi şəkildə qorunmalıdır”.

 

Politoloq bu mənada hesab edir ki, ictimaiyyətdə yaranan narazılığı anlamaq olar. Eyni zamanda qeyd edib ki, biz bu insidentdən ciddi nəticələr çıxarmalıyıq:

 

ALDP sədri Fuad Əliyev birmənalı olaraq bildirib ki, bu hadisəyə görə əsgər və komandir cəzalandırılmalıdır. Müharibə aparan ölkələrin təcrübəsinə əsaslanan partiya sədri hesab edir ki, bunun əksi məğlubiyyətə uğramaqdır:

 

“1987-ci ildə alman pilotu Matias Rust balaca təyyarədə sərhədi keşərək Qırmızı Meydanda (Krasnaya ploşad) endi. Bu hadisədən sonra növbətçi əsgər, onun komandiri, Hava müdafiə qüvvələrinin bir neçə generalı və müdafiə naziri istefaya göndərilmişdi. Bu hadisədə birbaşa Sərhəd qoşunlarının rəhbərliyi istefaya getməlidir, əsgər və onun komandiri cəzalandırılmalıdır. Başqa bir variant yoxdur”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI