S-400-ün ixtiraçılarından biri əslən azərbaycanlı olan İqor Aşurbəylidir- FOTO/VIDEO

18:25 18-07-2019 | icon 1152 | Araşdırma
S-400-ün ixtiraçılarından biri əslən azərbaycanlı olan İqor Aşurbəylidir- FOTO/VIDEO

Bu günlərdə Türkiyənin Rusiyadan S-400 tipli hava müdafiə sistemli raketini alması dünya mediasının əsas gündəm mövzularından birinə çevrilib.

 

Versus.Az  xəbər verir ki, dünyanın ən yaxşı hava müdafiə sistemi olaraq göstərilən, bir çox üstün xüsusiyyətləri ilə ABŞ-ın istehsal etdiyi "Patriot"ları kölgədə qoyan S-400-ün konstruktorlarından biri də əslən azərbaycanlı olan İqor Aşurbəylidir. 

İ. Aşurbəyli 1963-cü ildə Bakıda dünyaya gəlib. Oxuduğu 27 nömrəli məktəbi qızıl medalla bitirdikdən sonra cəmi bir yer uğrunda 17 abituriyentin mübarizə apardığı Azərbaycan Neft və Kimya İnstitutuna (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin mühəndis-sistemotexnik ixtisasına qəbul olunub.

 

Ailəsi ilə birgə Rusiyaya köçdükdən bir il sonra 1991-ci ildə “Almaz” Elm-İstehsalat Birliyi (EİB) və bir sıra digər tanınmış dövlət və özəl qurumlarla birgə informasiya və telekommunikasiya məhsullarının geniş nomenklaturasının işlənməsi, istehsalı və satışı ilə məşğul olan “Beynəlxalq informasiya və telekommunikasiya bürosu” ASC-nin həmtəsisçisi və rəhbəri olub (Teleqraf.com).

Ä°lgili resim

İ. Aşurbəyli ötən il yaradılan ilk kosmik ölkə olan “Asqardiya”nın da ilk baş naziri seçilib.

Yaradılan bu kosmik ölkənin yerdə ərazi sahibi olmamasına baxmayaraq, 300 mindən çox vətəndaşının olduğu bildirilir. İnternet vasitəsilə insanlar buranın vətəndaşlığını qəbul ediblər. Asqardia ölkə olması üçün bütün elementlərə sahibdir. Özünün konstitusiyası, himni, gerbi ilə yanaşı hətta istifadə etmələri üçün yeni "SOLAR" adlı kriptovalyutaları da var.

Yeni baş nazir, həmçinin 10-15 il içərisində kosmosa səyahət etmək üçün gəmilər hazırlamaq niyyətində olduqlarını, aşağı yerətrafı orbitdə yaşayış məskənlərinin salınması, 25 il sonra isə Ayda yaşam üçün bir koloniya qurmağı planlaşdırdıqlarını diqqətə çatdırıb.

Yaradılan yeni ölkənin adı da diqqət çəkən məqamlardandır. Yalnız elmi- fantastik əsərlərdə görə biləcəyimiz bu ölkənin adı Skandinaviya mifologiyasındakı Allahların yaşadığı şəhər olan Asqardın şərəfinə belə adlanıb.

Gələcək planlardan bir də ölkədə qlobal internetin yaradılması həmçinin Yer planetinin asteroidlərdən qorunmasını təmin etmək üçün donanma yaradılması kimi məsələlər daxildir.

Картинки по запросу Ашурбейли, Игорь Рауфович

"Mən həyatda ikən Ayda daimi yaşayış yeri yaratmaq və ora uçmaq istəyirəm. Digər bütün şeylər avantüradır. Belə ki, məsələ hətta texnikada da yox, daha çox fiziologiyadadır. Bəşəriyyət sadəcə kosmik şülanma şəraitində yaşaya bilməz. Ona görə də Mars haqqında istənilən boşboğazlıq elə cəfəngiyyatdan başqa bir şey deyil. Yəni təbii ki, bir tərəfə bilet almaq olar, bundan artığını yox. Amma Ay - bəli, bu daha gerçək, anlaşılan və yaxındır," - deyə İ.Aşubəyli "Meduza"-ya bildirib.(Milli.az)

Похожее изображение

"Qarşıda duran ilk vəzifə Asqardiada Yer sistemindən asılı olmayan infrastruktur qurmaq, pasport, kredit kartı kimi məsələlərin həllini təşkiıl etməkdir"- deyə Aşurbəyli qeyd edib.

İ. Aşurbəylinin məqsədi Asqardianı azad bir dövlət kimi qurmaqdır.

Qeyd edək ki, onun rəhbərlik etdiyi Almaz korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan "S-300 Favorit" və "S-400 Triumf" raketlərinin istehsalı ilə məşhurlaşıb.

iqor aşurbəyli S 400 ile ilgili görsel sonucu

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol