“Arxalarında erməni diasporası və ermənipərəst şəxslər dayanır” - MÜSAHİBƏ

11:26 26-03-2018 | icon 1101 | Gündəm
“Arxalarında erməni diasporası və ermənipərəst şəxslər dayanır” - MÜSAHİBƏ

“Görünür, hələ ki, bunun üçün aldıqları pulun eyforiyasındadırlar”

 

Politoloq Nəzakət Məmmədovanın Versus.az-a müsahibəsi.

 

- Prezidentliyə namizədlərin təşviqatı ilə bağlı aparılan teledebatda fovorit olaraq kimi görürsünüz?

 

- Mən İlham Əliyevi nəinki teledebatın, bütövlükdə seçkilərin favoriti olaraq görürəm. Özü debatda iştirak etməsə də, mənim favoritim odur. Lakin digər namizədlər də maraqlı çıxışlar edirlər, müəyyən vacib məsələlərə toxunurlar. Seçkiləri boykot edən radikal müxalifətdən fərqli olaraq, konstruktiv müxalifət liderlərinin prezident seçkiləri kimi mühüm bir prosesdə iştirakının özü təqdirəlayiqdir. Seçkiləri boykot etməklə nəyəsə nail olmaq olmaz. Əksinə, seçkilərdə iştirakın özü ölkəmizdə demokratiya ənənələrinin inkişafına aparan bir fəaliyyətdir. Bu, müxalifət liderlərinin öz sözünü, fikrini xalqa çatdırmaq üçün yaradılmış imkan, verilmiş tribunadır. Sevindirici haldır ki, Azərbaycan respublikasının siyasi sistemi və siyasi mədəniyyəti 1990-cı illərdəki söyüş, qalmaqal, əlbəyaxa dava mərhələsindən adlayaraq bu cür konstruktiv, mədəni polemika səviyyəsinə çatıb. Bu da 1993-cü ildən bu yana aparılan siyasətin nəticəsidir. Bütün dünya görür ki, Azərbaycanda prezident seçkilərinin debatları yüksək mədəni şəraitdə baş tutur. Bu, ölkəmizin nailiyyətidir.

 

“Onların fəaliyyətini maliyyələşdirən ermənilərdir”

 

- Nəzakət xanım, bu gün xaricdən ölkəmizə qarşı söyüşlə ifadə olunan hücumlar müşahidə olunur. Bunun arxasında hansı güclərin dayandığını söyləmək olar və bu, dünyada bizimlə bağlı hansı fikirlərin formalaşmasına şərait yarada bilər?

 

- Mən inanıram ki, bu qüvvələrin arxasında erməni diasporası, habelə ermənipərəst şəxslər dayanır. Bunu Azərbaycanda marağı olan, ölkənin inkişafını istəməyən, xaos, tənəzzülün baş verməsini istəyən qüvvələr təşkil edir. Söyüş əslində təsadüfü bir hal deyil. Doğrudur, bu ilk növbədə həmin insanların məhdud dünyagörüşünün, tərbiyəsizliyinin təzahürüdür, lakin həm də Azərbaycana xas olan dəyərlərin aşılanmasına, xalq və hakimiyyət arasında olan etimadın zəifləməsinə, cəmiyyətdə nifaq yaradılmasına yönəlmiş qeyri-etik davranışlardır. Bu davranışlar həm də Azərbaycan xalqının və dövlətinin dünyada qazandığı nüfuza kölgə salmaq məqsədi daşıyır. Mən demişəm, bir erməni ayağını sərhəddən kənara qoyan kimi ilk ağlına gələn bu olur ki, necə edim, getdiyim ölkədə hansı mövqe tutum ki, Ermənistana yardım edə bilim. Hətta Ermənistanda doğulmayan, ömrü boyu onun ərazisinə ayaq basmayan ermənilər belə öz dövlətinə xəyanət etmir, əksinə, hər yerdə onun müsbət təbliğatını aparmağa çalışır, ona xidmət etməyə can atırlar. Azərbaycanda doğulan, illərlə onun havasını udan, çörəyini yeyən bəzi mənfur şəxslər isə xaricə gedən kimi ilk ağlına gələn fikir, “necə edim ölkəni gözdən salım, hakimiyyəti nüfuzdan salım”- olur. Niyə Azərbaycan prezidentinin əleyhinə apardıqları fəaliyyəti işğalçı Ermənistana, erməni diasporasına qarşı göstərmirlər?! Çünki onların fəaliyyətini təşkil edən, maliyyələşdirən ermənilərdir və sadiq köpəklər heç zaman ona yal verən sahibini dişləmir.

 

- Dövlət rəsmilərinə qarşı belə bir münasibətin sərgilənməsi hər hansı bir formada seçkinin gedişinə, nəticələrinə təsir edə bilərmi və belə halara qarşı hansı addımların atılmasıı vacibdir?

 

- Onların məqsədi ümumiyyətlə ölkəmizdə  aranı qızışdırmaq, xüsusilə seçki ərəfəsində xaos, iğtişaş, kütləvi itaətsizlik, xalq və dövlət orqanları arasında etimadsızlıq yaratmaqdır. Lakin xalqın prezident İlham Əliyevə inamı böyükdür, insanlar onu müdrik dövlət xadimi, beynəlxalq sistemdə nüfuzu olan prezident, eyni zamanda humanist və alicənab şəxsiyyət kimi qəbul edir. Onun alternativi yoxdur. İlham Əliyevin təhsili, keçdiyi zəngin ömür yolu, çoxşaxəli və səmərəli fəaliyyəti, ən əsası isə Heydər Əliyev kimi dahi şəxsiyyətin yaratdığı dövlətçilik məktəbinin yetirməsi olması onun xalq arasında nüfuzunu şərtləndirən əsas amillərdir. Odur ki, bu cür araqızışdıran insanların fəaliyyəti çox mənasız bir cəfəngiyatdır. Onlar heç bir formada Azərbaycan xalqının iradəsini ifadə edə bilməz. Düşünürəm ki, xalqın onlara ən yaxşı cavabı aprelin 11-də veriləcək. İlham Əliyevin inamlı qələbə qazanacağına və bunun xaricdəki mənfur şəxslərə və onların havadarlarına verilən ən yaxşı cavab olacağına inanıram!

Onlara qarşı qanun çərçivəsində tədbirlərin görülməsi vacibdir. Bu insanların əməlində cinayət tərkibi var və onlar layiqli cəzalarını almalıdırlar. Xarici dövlətdə yaşamaq onları bu məsuliyyətdən azad etmir. Onlar vətənə xəyanətdən tutmuş, Azərbaycan xalqını və onun dövlət başçısını təhqir etməyə, şərəf və ləyaqətinin alçaldılmasına yönəlmiş hərəkətlərə görə cavab verməlidirlər.

 

- Sizcə belə söyüş, təhqirlə ifadə olunan neqativ hallar beynəlxalq ictimaiyyətdə necə qarşılana bilər?

 

- Onları beynəlxalq ictimaiyyət tanımır belə. Bu görməmiş insanlar Avropaya ayaq basan kimi elə bilirlər ki, nə istəsələr edə bilərlər. Ancaq bu, belə deyil. Onları orada heç kim tanımır. Əgər dövləti və xalqı təhqir etmək üçün aldıqları pullar olmasaydı, onlar ən yaxşı halda Avropada miqrantlara təklif edilən aşağı səviyyəli işləri görməli olardılar. Hazırda isə görünür, müəyyən məbləğ pul alıblar və hələ ki, onun eyforiyasında yaşayırlar. Ancaq hər şeyin əvvəli olduğu kimi, bir sonu da olur və bu pullar qurtaranda həmin şəxslər aşağı mədəniyyətin və intellektin sahibləri layiq olduqları işlərdə çalışmağa məcbur olacaqlar. Azərbaycana qayıtmağa isə onların üzü olmayacaq.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı