Şəhid Pəncəli Teymurovun xatirəsi anılıb

12:12 26-03-2018 | icon 1357 | Qarabağ
Şəhid Pəncəli Teymurovun xatirəsi anılıb

Millət vəkili gənclərə çağırış edib

 

Astaranın Əzərüd kəndində Aprel zəfəri qəhrəmanlarından Pəncəli Teymurovun doğum günündə onunla bağlı kənd orta məktəbində təşkil edilmiş anım tədbirində çıxış edən millət vəkili Qənirə Paşayeva tədbirin hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib.

 

Versus.az-ın məlumtına görə, millət vəkili bu cür tədbrlərin vacibliyini xüsusi vurğulayıb:

 

"Pəncəli Teymurov kimi qəhrəmanlarımız həmişə qəlbimizdə yaşayacaq. Xalqımız, vətənpərvər ruhda böyüyən gənc nəsil Pəncəli Teymurovun xidmətlərini heç zaman unutmayacaq".

 

Q.Paşayeva bildirib ki, Pəncəli Teymurovun ömür yolu bugünkü gənclərə əsl örnəkdir. Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaqdır:

 

“Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün özünü vətən üçün fəda edən Pəncəli Teymurov kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır. Şəhidimizlə bərabər onun ailəsi qarşısında da baş əyirk. Dövlətimiz və xalqımız hər zaman yanınızdadır. Azərbaycan xalqı inanır ki, Ali Baş Komandanmızın rəhbərliyi altında, Pəncəli Teymurov kimi qəhrəmanlarımızın sayəsində bütün xalqımız birlik içində işğalçı Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edəcəyik və üçrəngli bayrağımız həmin torpaqlarımızda da dalğalanacaq".

 

Q.Paşayeva bütün azərbaycanlıları Ali Baş Komandanımızın ətrafında daha da sıx birləşməyə çağırıb.

 

Millət vəkili Rəşad Mahmudov da geniş çıxış edərək qəhrəman şəhidimizin ömür yolunun gənclərə örnək olmasına xüsusi toxunub və gənclərimizi dövlətimizin və millətimizin daha da inkişafı üçün yaxşı oxumağa və vətənpərvər olmağa çağırıb:

 

"Hər bir insana şəhidlik zirvəsinə ucalmaq nəsib olmur. Pəncəli Teymurov aprel döyüşlərində canından keçərək, Vətən yolunda şəhid oldu. O, adını tarixə qızıl hərflərlə yazdı. Torpaqlarımız uğrunda canından keçən şəhidlərimizlə fəxr edirik. Pəncəli qardaşımızı tərbiyə edən valideynlərinin qarşısında baş əyirəm".

 

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, jurnalist-araşdırmaçı, "2016 Aprel" Şəhid Ailələrinə Dəstək İB-nin həmtəsisçisi Aida Eyvazlı, Astara rayon təhsil şöbəsinin müdiri, Əzərüd kən dorta məktəbinin direktoru və müəllimlər, kəndin bələdiyyə sədri və ağsaqalları, Pəncəli Teymurovun həbçi dostları da geniş çıxış edərək qəhrəman şəhidimizlə bağlı xatirələrini paylaşıblar.

Qəhrəman şəhidimizin anası da ailə adından çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib və Pəncəli Teymurovun vətən sevgisi ilə bağlı heç kəsin bilmədiyi xatirələri danışıb.

 

Tədbirdə qəhrəman şəhidimizin təhsil aldığı məktəbin gəncləri Pəncəli Teymurovla bağlı yazılmış şeirləri səsləndiriblər, Vətən və şəhidlik mövzusunda çıxışlar ediblər. Məktəbin gənclərinin hərbi geyimlərdə böyük vətənpərvərlik ruhunda hazırladığı bütün çıxışlar yüksək qiymətləndirilib.

Tədbir çərçivəsində qəhrəman şəhidimiz Pəncəli Teymurovun kənd qəbirstanlığında məzarı da ziyarət olunub və ruhuna dualar oxunub.

 

Millət vəkilləri və tədbirin digər iştirakçıları Pəncəli Teymurovun ailəsini də ziyarət ediblər, evin həyətində qəhrəman şəhidimizin yeni tikilən ev muzeyində görülən işlərlə tanış olublar və ailəsi ilə geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı