“Xonça” MMC-nin brend-şefləri Dünya İslam Kulinariya Konqresində jüri qismində iştirak ediblər

10:08 19-07-2019 | icon 349 | Mədəniyyət
“Xonça” MMC-nin brend-şefləri Dünya İslam Kulinariya Konqresində jüri qismində iştirak ediblər

Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə 2019-cu il 15 iyuldan başlayaraq bir neçə gün davam edən Dünya İslam Kulinariya Konqresi keçirilib. Bununla da Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisi daimi olaraq Azərbaycana keçirilib.

 

Konqres çərçivəsində II Beynəlxalq İslam Kulinariya Çempionatı da keçirilib. Peşəkar kulinariya müsabiqəsində hotellər “Azərbaycan səhər yeməyi” sinfində, şadlıq sarayları “bəy-gəlin” və “qonaq” süfrəsi” sinfində, qida şirkətləri “Azərbaycan mətbəx furşeti” sinfində, aviaşirkətlər “Bort yeməyi” sinfində, şirniyyat müəssisələri isə şirniyyat siniflərində yarışıblar. Bu yarışların qiymətləndirilməsində dünya və yerli ustalarla yanaşı, “Xonça” MMC-nin brend-şefi Emil Əliyev və İstehsalat direktoru Rəhman Ələkbərov jüri üzvü kimi iştirak ediblər. Qeyd edək ki, aşpazlıq üzrə “Usta” dərəcəsinə malik Elmil Əliyev və qənnadçılıq üzrə “Usta” dərəcəsinə malik Rəhman Ələkbərov artıq uzun müddətdir ki, “Xonça” MMC-də öz peşəkarlığı və tövsiyələri ilə istehlakçıların ağız dadını oxşayan təamların hazırlanmasında birbaşa istirak edirlər.

 

Məlumat üçün bildirək ki, bu mötəbər tədbirdən sonra dünyada ilk dəfə “Hilal Star”ı (İslam Mişleni) restoranlara və aşpazlara Azərbaycandan verilməyə başlayıb və bununla da “Hilal Star”ın tarixi Azərbaycandan başlayacaq. Bundan əlavə, tədbir daxilində WICS münsiflər treninqi də keçirilib. Ölkəmizin aparıcı (usta aşpaz və ya ali peşə təhsili alan) mütəxəssisləri Beynəlxalq WICS münsif sertifikatı alıblar. Bu isə onların müxtəlif beynəlxalq tədbirlərə münsif kimi dəvət edilməsinə imkan verəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı