Azərbaycan XİN Yaponiyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verib.
Versus.Az bu barədə XİN-in “Tvitter” səhifəsinə istinadən məlumat verir.
Məlumatda deyilir: “Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğında həyatını itirənlərə görə kədərlənirik. Yaponiya xalqına, yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”.
Versus.Az
Xəbər lenti
“Cəmiyyətin bu məsələyə həssaslığını artırmaq lazımdır”
“Azərbaycan Cənubdan, Qərbdən ölkəmizə düşmən münasibəti bəsləyən dövlətlərlə əhatə olunub”