EYOF-da Azərbaycanın bayraqdarı bu idmançı olacaq

14:40 19-07-2019 | icon 118 | İdman
EYOF-da Azərbaycanın bayraqdarı bu idmançı olacaq

Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə qurumun nümayəndələri ilə XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi üzvlərinin birgə iclası keçirilib.

 

Versus.Az -ın məlumatına görə, yığıncaqda əsas müzakirə mövzusu Olimpiya Festivalında Azərbaycanın bayraqdarının müəyyən edilməsi olub. İştirakçılar seçimdə cüdoçu, 15 yaşlı Vüqar Talıbova üstünlük veriblər. İyulun 21-də keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində Azərbaycanın bayrağını məhz o daşıyacaq.

 

Məlumat üçün bildirək ki, Vüqar Talıbov 11 avqust 2003-ci il təvəllüdlüdür. 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi, Avropa Kubokunun sahibi, eləcə də Afrika Kubokunun gümüş və Asiya Kubokunun bürünc mükafatçısıdır.

 

Xatırladaq ki, Bakıda təşkil ediləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb, 27-də yekunlaşacaq. Azərbaycan paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya Festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllünün fəaliyyət göstərəcəyini də qeyd edək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu, xərçəng riskini artırır

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

İran Britaniyaya nota verib

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

Qeyri-adi təbiət hadisəsi - VİDEO

“Real” titul sayında “Barselona”ya çatıb

“Milan”ın sahibi dəyişir

DADP-ın daha bir fəalının namizədliyi təsdiqlənib

Ərdoğan Almaniyaya səfər edəcək

İran Trampı məhkəməyə verəcək

Piyadalarla danışacaq avtomobil hazırlanır - VİDEO