Yaşadığı yer üzrə qeydiyyata düşməyənlər cərimə olunacaqlar

17:43 19-07-2019 | icon 310 | Cəmiyyət
Yaşadığı yer üzrə qeydiyyata düşməyənlər cərimə olunacaqlar

Yaşadığı yer üzrə qeydiyyata düşməyənlər cərimə olunacaqlar.

 

Versus.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bildiriblər.

 

Qurumun Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi Jalə Nəsibovanın sözlərinə görə, yaşadığı yer üzrə qeydiyyata düşənlər əsas qeydiyyatda olduğu yerdən çıxarılmadan aparılır.

Məqsəd ölkədə kriminogen vəziyyətə nəzarəti gücləndirmək və vətəndaşların təhlükəsizliyini qorumaqdır.

Rayondan paytaxda və yaxud da başqa şəhər və rayona işləməyə gedib və kirayədə qalan şəxslər Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsin ”bpqmi.gov.az” saytında, ”vətəndaşların olduğu yer üzrə qeydiyyata alınması üzrə elektron müraciət” bölməsinə daxil olamaqla müraciət edə bilərlər.

Bunun üçün mütləq qaydada evi kirayə verən şəxs və ya otel rəhbəri həmin bölümdə özünə şəxsi kabinet açmalı, daha sonra onun evində qalacaq adamın şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməlidir.

Əgər vətəndaş əvvəl kirayə qaldığı evdən çıxıb başqa bir mənzilə köçərsə, orda yenidən qeydiyyata düşməlidir. Bu zaman sistemdə əvvəlki qeydiyyatdan dərhal çıxarılır.

Bu qayda axtarışda olub başqa bir ünvanda özünə sığınacaq tapmaq istəyən şəxslərin hüquq-mühafizə orqanları tərəfindən daha tez saxlanılmasında da böyük rol oynayacaq.

Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi üzrə vətəndaşa xəbərdarlıq edilir, bundan sonra o, 30 manat, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək cərimələnir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”