JURNALİSTLƏRƏ SÜRPRİZ

21:28 19-07-2019 | icon 1169 | Film
JURNALİSTLƏRƏ SÜRPRİZ

Bir həftə ərzində Park Cinema Flame Towers kinoteatrında iki filmin xüsusi nümayişi təşkil olunmuşdur - “CAZİBƏ” və “KRAL ŞİR”.

 

Versus.az xəbər verir ki, iyulun 15-də“CAZİBƏ” filminin apalı nümayişi keçirildi. Film Kann festivalında göstərilmişdir. Əsas rollarda Vircini Efir və Adel Ekzarkopulos iştirak ediblər.

 

Film psixoloji cəhətdən sözün əsl mənasında tamaşaçının diqqətini cəlb edir.

Həkim-psixoterapevt, yazıçı və eyni zamanda əyyaş olan Sibil kitab yazarkən, ona müraciət edən xəstənin birindən imtina edə bilmir və müalicə zamanı özü də böyük bir burulğana düşür.

 

Filmin nümayişində ADDIM təşkilatının üzvləri, Media nümayəndələri və başqaları iştirak edirdilər. Gecənin xüsusi qonağı isə məşhur model Günay Musayeva idi.

 

“KRAL ŞİR” filminin dünya premyeras iyulun 9-da Hollivudda keçirilib. Bakıda isə filmin apalı nümayişi iyulun 18-də baş tutdu.

Düz 25 il bundan əvvəl “Kral Şir” cizgi filmi bütün dünyada milyonlarla pərəstişkarların ürək və ağlını fəth eləmişdi. Rocer Ellers və Roba Minkoffanın möhtəşəm rejissoruluğu, Elton Conun musiqisi, sadə və eyni zamanda ovsunlayan əhvalat “Kral Şir”ə 1994-cü ilin ən büdcəli filmi olmağa imkan verdi. 2016-cı ildə “Disney” elan etdi ki, “Kral Şir”in rimeykini çəkməyə hazırlaşır, rejissor isə Con Favro (“Dəmir adam”, “Dəmir adam 2”, “Cəngəlliklər kitabı”) olacaq.

Ceyms Erl Cons 25 il bundan əvvəl olduğu kimi Mufasanı səsləndirdi.

Aktyor heyəti ulduz axını ilə heyrətləndirir: Donald Qlover, Set Roqen, Beyonse, Con Oliver, Çivetel Eciofor… Fətəliyevin sözlərinə görə artıq Park Cinemada bu cür tədbirlərin keçirilməsi üzrə təcrübə formalaşıb.

 

SÜRPRİZ isə bundan ibarətdir: iyulun 22-si, Milli Mətbuat Günündə media işçiləri üçün “Park Cinema”nın seanslarına giriş PULSUZ olacaq. Hər jurnalist öz iş vəsiqəsini kassada göstərərək (vəsiqə etibarlı olmalıdır, üzərində qurumun möhürü və rəhbərin imzası yer almalıdır), istənilən seansa bilet əldə edə biləcək.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı