AQTİ -da "Süfrə” jurnalının təqdimat mərasimi keçirilib

07:36 20-07-2019 | icon 876 | Cəmiyyət
AQTİ -da "Süfrə” jurnalının təqdimat mərasimi keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Süfrə” jurnalının təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə çıxış edən İnstitutun İdarə heyətinin sədr müavini Zeynəb Qurbanova bildirib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Süfrə” jurnalının təsis edilməsində məqsəd əhalinin sağlam qidalanma, qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, həmçinin Azərbaycan əhalisinin təhlükəsiz qida ilə təmin olunması, bu istiqamətdə dövlət miqyasında həyata keçirilən tədbirlər barədə məlumatların geniş ictimaiyyətə çatdırılmasıdır.

 

AQTİ-nin İdarə heyətinin sədr müavini Tamella Əliyeva bütün yaradıcı heyəti təbrik edib və bildirib ki, jurnalın ilk sayında qida mövzusunda müxtəlif oxucu kateqoriyası üçün maraqlı olan məlumatlar, qida məhsulları alarkən diqqət etməli olduğumuz məqamlarla bağlı maarifləndirici yazılar yer alıb.

 

Qeyd edək ki, “Süfrə” jurnalının ilk sayında AQTA sədri Qoşqar Təhməzli, “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov, millət vəkili Tahir Mirkişili, tanınmış endokrinoloq Hidayət Məmmədzadə ilə müsahibələr, müxtəlif rubrikalar və maarifləndirici yazılar dərc edilib.

Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı