"Yeganə"də kütləvi zəhərlənmə - Video

08:21 20-07-2019 | icon 552 | Hadisə
"Yeganə"də kütləvi zəhərlənmə - Video

Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.

 

Versus.Az report-a istinadən xəbər verir ki, zəhərlənməyə toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə səbəb olub.

Nəticədə 10 nəfərdən çox adam xəstəxanaya aparılıb. Onların vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

 

Şirvanda toy mərasimi zamanı zəhərlənənlərin sayı 16 nəfərə çatıb.

Zərərçəkmişlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan 12-si qadın, 4 nəfəri isə kişidir.

 

***

İyulun 19-da axşam saatlarında Şirvanda şadlıq evlərinin birində toy mərasimi zamanı zəhərlənmə hadisəsi baş verib.

Versus.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən axar-az-a verilən məlumata görə, zəhərlənməyə şadlıq evindəki toy zamanı pirotexniki vasitənin yandırılması nəticəsində tüstünün yayılması səbəb olub. Hadisə nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib.

***

Şirvan şəhərində toy mərasimi zamanı zəhərlənən şəxslərin bəzilərinin adları məlum olub.

Hadisə zamanı Hacıqabul rayon sakinləri - 1968-ci il təvəllüdlü Seyidsəkinə Miryaqub qızı Dostəliyeva, 1957-ci il təvəllüdlü Züleyxa Ağaməmməd qızı Həsənova, 1961-ci il təvəllüdlü Fəridə Əsəd qızı Şıxəliyeva, Şirvan şəhər sakinləri - 1964-cü il təvəllüdlü Arzu Bəhlul qızı Süleymanova, 1977-ci il təvəllüdlü Aynurə Asif qızı Ağayeva zəhərləniblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi