Sikkə dəfinələrin izi ilə
Bu günlərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin "Numizmatika və epiqrafika "elmi- fond şöbəsinin müdiri, tarix elmləri doktoru, professor, Əməkdar Mədəniyyət işçisi Əli Rəcəblinin tərtib etdiyi "Sikkə dəfinələrinin izi ilə "adlı növbəti kitabı işıq üzü görmüşdür. Kitab "Ekoprint" mətbəəsində nəfis tərtibatda çap olunmuşdur.
Versus.Az-ın məlumatına görə, oxuculara təqdim olunan bu kitabda 1926-1965-ci illərdə Azərbaycan Respublikası ərazisində aşkar olunan və professor Y.A.Paxomov tərəfindən qeydə alınan numizmatik materiallar, eləcə də professor Əli Rəcəbli tərəfindən çoxsaylı səfərlər və ezamiyyələr nəticəsində əldə olunan sikkə dəfinələri toplanaraq muzeyə təhvil verilmişdir.
Professor Əli Rəcəbli həm də kitaba geniş və əhatəli ön söz yazmış və eyni zamanda tərtib etdiyi kitabın redaktoru olaraq böyük zəhmət çəkmişdir.
Kitabın ərsəyə gəlməsində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun mühafizi Zümrüd Ələsgərovanın , ,AMEA Milli Azərbaycan Tarixi Muzeyinin " Numizmatika və epiqrafika " elmi- fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədovanın, eləcə də həmin muzeyin "Numizmatika və epiqrafika" elmi- fond şöbəsinin elmi işçisi Ayəndə Dadaşovanın , böyük laborantlar Gülnar İsmayılovanın , Aytən Mikayılovanın ,Fidan Məmmədovanın zəhmətəri təqdirə layiqdir.
Araşdırmaçı alim ,professor Əli Rəcəbli 60 ildən çoxdur ki, Azərbaycanda qədim sikkələrin ,dəfinələrin tədqiqi ilə məşguldur. Professor dəqiq araşdiraraq bildirmişdir ki, Azərbaycanda çox qədim zamanlardan pul vahidləri dirhəm, gümüş, mis və qizil sikkələri olmuşdur. Dövlətlər qiymətli pulları ilə bir - biriylə ticarət əlaqələri etmiş, alış-veriş edərək ölkələrini inkişaf etdirmişlər.
Professor elmi araşdırmaları nəticəsində sübut etmişdir ki, ermənilərin nəinki sikkə məmulatları olmuş, heç onların dövləti də olmamışdır. Aydın olur ki pul vahidi olmayan bir tayfanın dövləti də ola bilməz. Lakin sonralar ruslara sığınan ermənilər qədim Azərbaycan torpaqlarında dövlət qurmuş və iri dovlətlərin köməyi ilə ərazilərini türk torpaqlarında genişləndirərək fitnə-fəsad törədərək bu gün də işğalçılıq siyasətindən əl çəkmirlər. Kitabda eyni zamanda qədim dövlətlərin sikkə, dirhəm ,draxma və sair pul vahidlərinin də təsviri verilmişdir. Həmin dəfinələrdən muzeyimizdə muhafizə olunur. Onu da qeyd edək ki , kitabın çap olunmasında bədii redaktor Rauf İlyasoğlunun az da olsa da əməyi olmuşdur. "Həkəri" qəzeti redaksiyasının fəxri heyətinin üzvü, xeyriyyəci professor Əli Rəcəbli ömrünün 91-ci ilini yaşayır. Bu müdrik yaşında da yorulmadan yazıb- yaradan görkəmli alimimiz dəyərli kitabları ilə geniş oxucu məhəbbəti qazanmışdır.
Bir əsrə yaxın ömur sürən Əli müəllim BDU- da yarım əsrdən çoxdur ki, elmi-pedoqoji fəaliyyətini davam etdirir və onun dərs dediyi tələbələrin əksəriyyəti akademik, professor rektor və sair məsul vəzifələrdə çalışırlar.
Elm fədaisi olan cəfakeş və vətənpərvər alimimizin zəhməti, elmi, pedaqoji fəaliyyəti, səmərəli xidməti ümid edirik ki , dövlətimiz tərəfindən də layiqincə qiymətləndiriləcək və prezidentimiz tərəfindən ən yüksək ali mükafatlara layiq gorüləcəkdir.
Versus.Az
Xəbər lenti
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR
Bu il Zəngilan sakinləri öz evlərinə köçəcəklər