Gürcü ekspertlər bəyanat yaydı: Bakı ilə münasibətlər...

22:07 20-07-2019 | icon 678 | Geopolitika
Gürcü ekspertlər bəyanat yaydı: Bakı ilə münasibətlər...

Gürcüstanda son aylarda baş verən hadisələrlə əlaqədar ölkənin aparıcı politoloqları və ekspertlərindən təşkil edilən “Suveren seçkilər üçün koalisiya” bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, bəyanata Andro Qoçiridze, Vladimir Svanadze, Tengiz Pxaladze, Tornike Şaraşenidze, Gela Vasadze, Laşa Xatiaşvili, Yeqor Kuroptev, Nikolay Levşiç, Nikoloz Çitadze, Vladimir Kopçak imza atıblar. Bəyanatda Gürcüstanın tərəfdaş dövlətləri ilə münasibətlərdə qeyri-stabillik yaradacaq müdaxiləsinə qarşı gürcü cəmiyyətinin konsolidasiyasına ehtiyac olduğu vurğulanıb. Ekspertlər kremlyönlü qüvvələrin aktivliklərini artıraraq, media orqanları və digər növ provokasiyalar vasitəsilə Gürcüstanın vacib strateji müttəfiqləri olan Türkiyə və Azərbaycandan Gürcüstan üçün mifik düşmən obrazı yaradılmasına cəhd edildiyini vurğulayıblar. Onlar Rusiyanın dövlət və kremlyönlü KİV-lərinin hazırladığı təbliğat xarakterli materialların Gürcüstanın suverenliyinə birbaşa təhdid olduğunu bildiriblər.

 

“Kremlin və Rusiya hakimiyyətinə bağlı olan faktorların fəaliyyəti Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı polemikanın dərəcəsinin azaldılmasına və gündəmin dəyişdirilməsinə, paralel mübahisələri alovlandıraraq Gürcüstanın müttəfiqləri ilə münasibətlərində qeyri-stabillik yaradılmasına yönəlib. Bu kampaniyanın hədəfi kremlyönlü qüvvələrin Gürcüstanın hakimiyyət strukturlarında və 2020-ci ildə baş tutacaq seçkilərlə parlament sıralarında güclənməsinə nail olmaqdır”, - bəyanatda qeyd edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…