Van Damın Bodrum istirahətindən görüntülər yayıldı
 

23:29 20-07-2019 | icon 612 | Şou-biznes
Van Damın Bodrum istirahətindən görüntülər yayıldı 

 

 Hollivud aktyoru Jan Klod Van Damın Bodrum istirahətinin fotoları yayılıb.

 

Versus.Az oxu.az-a istinadən xəbər verir ki, Van Dam Muğla ərazisində yerləşən dəbdəbəli və lüks otellərin birində istirahət edir.

Aktyor axşam saatlarında otelin restoranında olaraq, orada həm şam edib və əylənib. Van Dam rəqqaslara qoşularaq, onlarla rəqs edib və xatirə şəkilləri çəkdirib. Hər kəslə ünsiyyət qurub şəkil çəkdirən aktyorun səmimiyyəti və sadəliyi diqqətdən qaçmayıb.

Hollivud ulduzu Türkiyədə olduğundan məmnunluq duyduğunu və insanların sevgisindən aldığı müsbət enerjiyə görə onlara təşəkkürünü bildirib: 

“Türkiyə hər gəldiyimdə məni çox gözəl şəkildə qarşılayır. Tək buna görə buraya gəlmək insana bəs edir desəm, yanılmaram. Türkiyə sanki sehirli məkandır. Bunu Türkiyəyə təyyarədən enərkən, dərhal hiss etdim və elə ona görə də buraya gəlirəm. Türkiyə bir çox dinləri və mədəniyyətləri özündə birləşdirən gözəl ölkədir”.

Van Dam Bodrumda yaxta almaq istədiyini də açıqlayıb:

“Buraya yaxın dostlarımın dəvəti ilə gəlmişəm. Türkiyənin suyu belə sehirlidir. Bir yaxtanı satın almaq istəyirəm ki, burada daha çox vaxt keçirim və buraya daha tez-tez gəlim”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı