Fuad Əliyev media nümayəndələrini təbrik etdi

11:42 21-07-2019 | icon 630 | Gündəm
Fuad Əliyev media nümayəndələrini təbrik etdi

 

Hormətli mətbuat işçiləri!

Müstəqil Azərbaycanın Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri ürəkdən təbrik edirəm. Bu şərəfli, son dərəcə məsuliyyət tələb edən işinizdə yeni-yeni uğurlar arzulayıram. 
Azərbaycan dövri mətbuatının əsasını qoymuş “Əkinçi” qəzetinin nəşri ilə əlaqədar olan bu tarix hər birimiz üçün əlamətdardır. İnanıram ki, indi fəaliyyət göstərən bütün media nümayəndələri Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara daim sadiq qalacaq.
Əfsuslar olsun ki, son 10 il ərzində bir neçə müstəqil Kütləvi İnformasiya Vasitəsinin - BMTİ, ANS, "Baku News TV" ilk internet TV, "Azadlıq" və bir sıra xarici ölkələrin a Azərbaycandakı müxbir postlarını təziqlər və digər səbəblərə görə bağlanmasını demokratik dəyərlərdən geriyə addım kimi qiymətləndirmək olar. Ümüd edirəm ki, Azərbaycanın ilk müstəqil televiziyalarında biri olan ANS TV və digər müstəqil Kütləvi İnformasiya Vasitələri yaxın zamanda öz fəaliyyətlərini bərpa edəcəklər.

Hormətli mətbuat işçiləri!

 Azərbaycan Liberal Demokrat Partiyasının üzvləri olaraq sizin bizə olan diqqətinizi, o cümlədən bizimlə əməkdaşlığa verdiyiniz önəmi daim yüksək qiymətləndiririk.

Hormətli mətbuat işçiləri!

Sizi bir daha bu əlamətdar gün münasibətilə təbrik edir, respublikamızda və onun ətrafında baş verən hadisələrin obyektiv və qərəzsiz olaraq ictimaiyyətə çatdırılmasında, onların geniş analitik təhlil edilməsində, Azərbaycanda gedən demokratik dəyişikliklərin beynəlxalq aləmdə şərh edilməsində tərəfsiz, prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi arzulayıram.

Böyük Hörmətlə,

Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı