"Buxovlardan qurtulan milli mətbuatımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə..."

13:42 22-07-2019 | icon 385 | Sosial
"Buxovlardan qurtulan milli mətbuatımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə..."

Bu gün mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam və mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır. Hazırda ölkəmizdə həyata keçirilən bütün bu proseslərin mətbuatın, kütləvi informasiya vasitələrinin iştirakı olmadan reallaşdırılması təsəvvür edilə bilməz.

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev deyib.

 

Millət vəkili bildirib: "Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtulan milli mətbuatımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müasir demokratik cəmiyyətdə mühüm rol oynamağa başladı. Respublikada mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılmışdır. Cənab Prezident Azərbaycan milli mətbuatının yaranmasının dövlət səviyyəsində qeyd edilməsinə, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsinə, fəxri adlar almasına, onların sosial məsələlərinin həllinə xüsusi önəm verilməsinə, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsinə böyük önəm verir, jürnalistlərin əməyinə xüsusi həssaslıqla yanaşır".

Səttar Möhbalıyev qeyd edib ki, 144-cü ili tamam olan milli mətbuatımız bundan sonra da keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərəcək, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmayacaq, bəzi qüvvələrin Azərbaycanda mövcud olan plüralizmdən istifadə edib dövlətimizi, millətimizi nüfuzdan salmağa yönəlmiş fəaliyyətinə biganə qalmayacaq, dövlət - mətbuat, vətəndaş-mətbuat münasibətlərinin sivil yolla nizamlanmasını, jurnalist etikasına əməl olunmasını, obyektivlik, peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik hisslərinə, aktual problemlərə diqqət yönəldilməsini, milli-mənəvi dəyərləri və dövlətçilik maraqlarına hörmət prinsipini daim əldə rəhbər tutacaq.

 

Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı