Güzgüləri sındırmaqla eyiblər yox olmur...

21:10 22-07-2019 | icon 1011 | Köşə
Güzgüləri sındırmaqla eyiblər yox olmur...

 

ƏMRAH FƏQANOĞLU

 

Güzgüləri sındırmaqla eyiblər yox olmur...


Jurnalist olmaq, ətrafda baş verənlərə jurnalist baxışı ilə yanaşmaq və bu barədə obyektiv düşüncələrini yazmaq... Məsələn, metro qatarında nasazlıq yaranır, sərnişinlər çətin anlar yaşayır. Yeni sayğaclar quraşdırmaq üçün yaşayış binalarının önünü qazandan sonra boruların üstünü necə gəldi torpaqlayıb gedirlər, paytaxtda, yaxud hansısa ucqar rayonda yolların təmiri uzandıqca uzanır. Təxminən iki il bundan əvvəl istifadəyə verilən Bakı-Şamaxı magistralında çökmələr baş verir, hansısa ərazidə ağacları qanunsuz şəkildə qırıb, yerində tikiliər ucaldırlar, Xəzərin sahilində yeni-yeni hasarlanma işləri aparılır... “BakuBus”a məxsus marşrut avtobusu sən və daha bir neçə nəfər dayanacaqda durub bayaqdan onu həsrətlə gözlədiyin halda dayanmaq istəmir, ötüb gedir, arxadan qışqırıb səsləyəndən sonra dayanacaqdan ən azı 200 metr qabaqda stop edir. Qapını minnətlə açan sürücüyə bu barədə irad bildirəndə "mən hardan bilim ki, məhz bu avtobusu gözləyirsən?"-deyə səni haqsız, daha dəqiqi, borclu çıxarmağa uğursuz  cəhd edir...

 

 Küçəyə zibil atmağa görə cərimə nəzərdə tutulur, lap yaxşı, təklif edirəm bu cərimə lap ikiqat artırılsın, sərtləşdirilsin, amma bəzən əlimizdədəki zibili atmaq üçün nə qədər axtarsaq da heç yerdə bir zibilqabı tapa bilmirik. Avtomobillərin nömrə nişanlarında tirelərin qaralanmasına görə cərimə nəzərdə tutulduğunu eşidib, DYP-dən tiresi ağ aldığın nömrədə "qaralama" aparırsan, amma baxırsan ki, tiresi ağ avtomobillər dörd bir yanında şütüyür, yol polisi də onlara "gözün üstə qaşın var" demir. Yol polisi demişkən, bəzən hərəkətin tənzimlənməyə ciddi ehtiyacı olan  sıxlıqlarda gözə dəyməsələr də, əksər halda gizli xidmət aparmağa üstünlük verirlər. Halbuki şəhərdə addımbaşı quraşdırılan kamera və radarlar qayda pozuntularını dərhal qeydə alır və təqsirkarlar cərimələnir. Yəni qayda pozan sürücüləri qanuna zidd şəkildə qovub, qanunun dili ilə desək, təqib edib cərimə yazmağa lüzum qalmamalıdır. Hələ bu plyonka məsələsi. Qanunla qadağan olduğunu deyirlər, amma paytaxtı plyonkalı maşınlar başına alıb. Bilmirsən, icazəli sürülür belə maşınlar, yoxsa icazəsiz?

 

Avtomobillərin park yerlərində qiymətləri tənzimləmək, statistik azərbaycanlının qazancına uyğunlaşdırmaq əvəzinə, yol kənarlarında dayanan maşınlara kamera vasitəsilə ucdantutma cərimə tətbiq etmək, ictimai nəqliyyatda tənzimlənmənin doğru aparılmamasına görə az qala yarım saaata yaxın gözlədiyin marşrut avtobusunun dayanacağa aralarında on metr məsafə ilə ard-arda gəlməsi də günümüzün acı gerçəkliklərindəndir: ötən şənbə günü, saat 15 radələrində şahidi olduğum situasiyadır, avtobuslar da “Bakubus”a aiddir. Dayanacaqlardakı yükləmə apartlarında yaranan problemlə də şəxsən özüm dəfələrlə rastlaşmışam, hətta yükləmə mümkün olmadığına görə bir dayanacaq piyada getməyə məcbur qalmışam.  Piyada demişkən, piyada zolaqlarının çoxu o qədər köhnəlib ki, tamamilə görünməz olub. Əyani misal kimi, İTV-nin qarşısındaklı piyada keçidindəki zolaqlara baxa bilərsiniz, əgər onlardan əsər-əlamət qalıbsa... 

 

Səhiyyəmizdəki, xüsusən də dövlət xəstəxanalarındakı problemlər də özünü addımbaşı göstərir. Hələ küçədə, metroda, halı pisləşənlər üçün çağırılan təcili yardım maşınlarının iş-işdən sonra gəlib yetişdiklərini, maşından düşən tibb işçilərinin xəstəyə yaxınlaşmamış “bunun qohum-əqrabası kimdi?” sualını verməsi, “qohum-əqraba” tapılmayanda biganəlik  sərgiləməsi də ayrıca söhbətin mövzusudur ...

Paytaxtda ət kəsimi məntəqələri yaradılsa da da, hələ də bu sahədə ciddi nöqsanlar var, küçədə ət kəsib satanlar kifayət qədərdi....

 

Bir jurnalist olaraq çatışmazlıqları, qüsurları, problemləri demək, yazmaq borcumuzdur. Müvafiq qurumlar isə həmin problemlərin yaranma səbəblərini araşdırıb qısa müddətdə aradan qaldırmağa, əhalinin onlara göstərilən xidmətlərdən məmnunluğunu təmin etməyə borcludur. Yoxsa ki, ayrı-ayrı qurumların səslənən iradlara qərəzlə yanaşıb, "görəsən, bunu nəyə görə dedi?" fikri ilə yanaşması, yazan adamla nuh əyyamında hansısa məsələdə fikir ayrlığını əlində bayraq edib, barmaq silkələməsi, nöqsanları pərdələməsi ümumi işə heç bir fayda gətirməz. Öz eyiblərini güzgüdə seyr edib, güzgünü sındırmağa cəhd edəcəksən, yaxud sındıracaqsansa, bununla eyiblərin azalan, yox olan deyil, başqa güzgülərə baxanda yenə də həmin eyiblər görünəcək. Bacar eyiblərini aradan qaldır ki, güzgüdə özünü eyibsiz görüb xoşhal və məmnun olasan. Ən əsası isə sənə yüksək etimad göstərilməklə icrası tapşırılan mühüm xidmətdən bütün xalq məmnun qalsın...

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”