Azərbaycana inşaat materialları və dekorativ məmulatların gətirilməsinin qarşısı alınıb

17:40 23-07-2019 | icon 594 | İqtisadiyyat
Azərbaycana inşaat materialları və dekorativ məmulatların gətirilməsinin qarşısı alınıb

Gömrükçülər külli miqdarda inşaat materialları və dekorativ məmulatların gömrük orqanına bəyan olunmadan ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Bu hüquqpozma faktı Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsi və "Hövsan" postunun əməkdaşlarının birgə həyata keçirdiyi malların eyniləşdirilmə tədbiri zamanı qeydə alınıb.

 

Versus.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Hövsan" dəniz limanı postuna İran İslam Respublikasından "Nargoon" adlı gəmi ilə "APACHE" MMC-nin gətirdiyi müxtəlif növ qranit daşları, döşəmə və divar üçün keramik plitələr daxil olub. Həmin mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmək məqsədilə MMC tərəfindən müvafiq gömrük bəyannaməsi ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə bəyan edilib.

 

Lakin gömrük yoxlaması zamanı gömrük bəyannaməsində göstərilən mallardan başqa, gömrük orqanına bəyan edilməyən 1980 kv.metr qranit daşları, 820 kv.metr döşəmə və divar üçün keramik plitələr, həmçinin qranitdən hazırlanmış 3 ədəd dekorativ məmulatlar aşkar olunub.

Ümumilikdə isə, təqribən 10 000 manat həcmində gömrük ödənişindən yayınma halının qarşısı alınıb.

 

Aşkar olunan hüquqpozma faktı ilə əlaqədar müvafiq struktur bölmələr tərəfindən araşdırmalar aparılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI