Jurnalist-blogger yeni sayt açdı

12:38 08-09-2017 | icon 693 | Gündəm
Jurnalist-blogger yeni sayt açdı

“Maarifləndirici və məlumat xarakterli yazılar və videolar öz əksini tapacaq”

 

Jurnalist Seymur Əlioğlu (Quliyev) www.seymurla.az adında yeni sayt açıb.

 

Bu barədə Versus.Az-a saytın rəhbəri Seymur Əlioğlu məlumat verib.

 

S.Əlioğlu portalda özünün müəllif yazılarının yayımlanacağını deyib:

 

“Bu, əslində mənim bloqumdur və bloq kimi çoxdan istifadə edirəm. Sonradan domen alaraq bir növ bloqumu saytlaşdırdım. Burada öz yazılarımı paylaşacam. Ancaq istisna hal ondan ibarətdir ki, əhəmiyyətli hesab etdiyim başqa müəlliflərdən də bir-iki yazı yayımlaya bilərəm. Bildiyiniz kimi ölkəmizdə kifayət qədər xəbər saytları fəaliyyət göstırir. Mənim sayt-bloqum xəbər yönümlü və informasiya təyinatlı deyil. Özəlliyi ondan ibarətdir ki, gündəlik xəbərlər yayımlanmayacaq. Maarifləndirici və məlumat xarakterli yazılar və videolar öz əksini tapacaq”.

 

Jurnalist həmçinin onu da bildirdi ki, sayt-bloqunda dini mövzulara da geniş yer veriləcək:

 

“Paylaşımlarımdan da bildiyiniz kimi mən ateistəm. Bloqumda XIX əsrdən  başlamış maarifləndirmə işinə bir damla təkan vermək məqsədim var. Cəmiyyətin düşüncəsi inkişaf üçün çox önəmlidir. Baxırsan ki, adam orta məktəbi qızıl medalla, ali məktəbi isə qırmızı diplomla bitirib, amma öz istəklərini kağıza yazıb “imam zaman quyusu”na atıb ordan kömək gözləyir. Bu tip adamların cəmiyyətə və onun inkişafına heç bir faydası yoxdur. Həmin düşüncə sahibləri ancaq oksigen tükətməklə məşğuldurlar. İnsanlar oxumalı və bütün dinlərin uydurma olduğunu, bir-birinin köçürməsi olduğunu dərk etməlidirlər. Artıq ondan sonra din adı altında necə kölə kimi saxlandıqlarının fərqinə varacaqlar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı