50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq

22:11 23-07-2019 | icon 390 | Təhsil
50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq

Azərbaycanda 2019-2020-ci tədris ilində 50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq.

 

Versus.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

 

Onun sözlərinə görə, bu kurslar 5000-dən artıq şagirdi əhatə edəcək.

 

Emin Əmrullayev bildirib ki, hazırda Təhsil İnstitutunun əməkdaşları məzmun və tədris planı üzərində işləyirlər:

 

"Hazırda STEAM-ın (Science, Technology, Engineering, Art and Mathematics - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) tətbiqi üçün hazırlıq işləri davam edir. STEAM müxtəlif fənlərin inteqrativ təliminə əsaslanır, şagirdləri maraqlı layihələrə cəlb etməklə onların motivasiyasını artırır, şagirdlərdə məsələ həlletmə, qrupda iş və əməkdaşlıq, ünsiyyət, yaradıcılıq, tənqidi təfəkkür kimi bacarıqları inkişaf etdirir. Bunun üçün mart ayında Təhsil Nazirliyinin dəstəyi ilə 50 nəfər müəllim İsrailə 4 həftəlik müvafiq təlimlərə göndərilmişdi".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı