Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub

22:33 23-07-2019 | icon 683 | Ədəbiyyat
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində, Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatı ilə işbirliyi nəticəsində bu günə qədər klassik və müasir dövr olmaqla 27 Azərbaycanlı müəllifin 38 adda kitabının tərcüməsi və çapı başa çatdırılaraq Türkiyəli oxucuların diqqətinə təqdim edilib.

 

Versus.Az-ın məlumatına görə, hazırda layihənin davamı olaraq Azərbaycan xalqının mədəni-mənəvi sərvəti hesab olunan Nizami Gəncəvi irsinin Türkiyədə tandılıması və təbliği işi aparılır. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının ardınca “Xosrov və Şirin” poeması yüksək poliqrafik göstəricilərlə türk dilində nəşr olunub.

Cari ilin sonunadək “Xəmsə”yə daxil olan digər 3 kitabın da nəşrinin tamamlanması və tanıtım məqsədilə Türkiyədəki təhsil müəssisələrində, kitabxanalarda, dərnəklərdə və digər aidiyyəti qurumlarda yerləşdirilməsi nəzərdə tutulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi