Tanınmış jurnalistlər Milli Mətbuat günündə şəhidləri andı və...

15:20 24-07-2019 | icon 500 | Cəmiyyət
Tanınmış jurnalistlər Milli Mətbuat günündə şəhidləri andı və...

Avrasiya Beynəlxalq Araşdırmalar İnstititu İctimai Birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) təşkilatçılığı ilə 22 İyul Milli Mətbuat Günü münasibətilə Muğam Ocağı restoranında bir qrup tanınmış media nümayəndələri ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz, eləcə də Qarabağda öz peşə borcunu yerinə yetirərkən həlak olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Milli Məclisin deptutatı, Avrasiya Beynəlxalaq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə xanım Paşayeva 22 iyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib, onlara çətin və məsuliyyətli işlərində nailiyyətlər arzu edib.

O, bildirib ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin maarifləndirici missiyası və mətbuat tarixində oynadığı yol bu gün də ehtiramla xatırlanır. Ustad qələm sahiblərinin maarifləndirici ideyalarının nəticəsidir ki, bu gün milli mətbuatımız özünün 144-cü ildönümünü yaşayır. Cəmiyyətin informasiya əldə etməsində mətbuat və media nümayəndələrinin işini yüksək qiymətləndirən millət vəkili bir zamanlar özünün də jurnalist fəaliyyəti ilə məşğul olduğunu xatırladıb. O bildirib ki, jurnalist kimi fəaliyyət göstərdiyi illər onun həyatında ən xoş xatirələrlə yadda qalıb: "Çox xoşbəxtəm ki, televiziyada çalışmağım həm də mənə sizin kimi dostlar, həmkarlar qazandırdı. Bu gün jurnalistlərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rolu var. Biz inanırıq ki, belə gözəl tədbirləri sizinlə birgə Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edəcəyimiz bölgələrimizdə də keçirəcəyik".

Qənirə Paşayeva qeyd edib ki, qələm sahiblərinin üzərinə düşən əsas vəzifə Zərdabi maarifləndirici ideyalarını təbliğ etmək və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova müxtəlif media orqanlarında fəaliyyət göstərən qələm sahiblərini bir arada görməkdən məmnun olduğunu dilə gətirdi. O bildirdi ki, vətəndaş cəmiyyətinin inkişafında və bu sahədə baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında, eləcə də RHİM İctimai Birliyinin fəaliyyətinin işıqlandırılmasında jurnalistlərin rolu və əməyi danılmazdır. Müasir dövrdə media orqanlarının fəaliyyətini yüksək qiymətləndirən Arzu Bağırova IV hakimiyyət hesab edilən mediada çalışan jurnalistlərə uğurlar arzulayıb, gələn il milli mətbuatımızın 145-ci ildönümünün olacağını bildirərək mətbuat tariximizdən şərəf və qürur duyduğunu bildirib.

Milli Məclisin deputatı,"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Avrasiya Beynəlxalq Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “525”ci qəzetin baş redaktoru Rəşad Məcid çıxış edərək jurnalistləri peşə bayramı münasibəti ilə təbrik etdi. Mətbuat tariximizin şanlı və şərəfli yol keçdiyini bildirən deputat jurnalist peşəsinin əhəmiyyətindən danışdılar. Cəmiyyətdə baş verən hadisə və proseslər barədə məlumat verən jurnalistlərə dövlət qayğısı və diqqətindən də söz açıb və bütün jurnalistləri bayram münasibəti ilə təbrik edib. "Teleqraf" holdinqin rəhbəri Aynur Camal,"Trend" informasiya agentliyinin direktor müavini Arzu Nağıyev, "Olarlar" informasiya agentliyinin baş direktoru Yunus Oğuz, "Yeni Müsavat" qəzetinin redaktoru Xalid Kazımlı, TRT Avaz kanalının Azərbaycandakı təmsilçisi,"Moderator.az" saytının rəhbəri Zülfüqar Hüseynzadə, tanınmış jurnalistlər Etibar Babayev, Anar Yusifoğlu, Seymur Verdizadə və digərləri müstəqil medianın cəmiyyətin həyatında mühüm rolundan danışıb. Bildirilib ki, məhz jurnalistlərin sayəsində oxucular dünyada və ölkədə baş verən ən mühüm olaylar barədə məlumat əldə edir və onların zəhməti danılmazdır. Çıxış edənlər 22 İyul Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan media nümayəndələrini təbrik edib, mətbuatımızın keçdiyi tarixi yoldan, müstəqillik dövründə əldə edilmiş nailiyyətlərdən söz açmışlar. Çay süfrəsi arxasında səmimi görüş və müzakirələrdən sonra jurnalistlərə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və Avrasiya Beynəlxalq Araşdırmalar İctimai Birliyi adındanxatirə hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

  

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol