Azərbaycanlıların Soyqrımı gününə hazırlıq AÇIQLANDI

10:11 28-03-2018 | icon 759 | Gündəm
Azərbaycanlıların Soyqrımı gününə hazırlıq AÇIQLANDI

“Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımı”nın 100 illiyi haqqında sərəncamına əsasən, tədbirlər planı müəyyənləşdirilib. Həmin tədbirlərin içərisində elmi- tədqiqat xarakterli işlərlə yanaşı, Quba məzarlığında yenidənqurma işlərinin aparılması və xatirə lövhəsinin yaradılması məsələləri də var. Artıq bu istiqamətdə müvafiq qurumlar işlər aparıblar. Demək olar ki, tədbirlər yekunlaşıb”.


Versus.az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvü, akademik İsa Həbibbəyli deyib. Bildirib ki, 31 Mart Azərbaycanlıların Soyqrımı günü həmin xatirə abidəsinin və lövhəsinin açılışı olacaq:

 

“Abidənin üzərində Azərbaycan və İngilis dillərində soyqırımına məruz qalan insanların orada dəfn olunmasına dair məlumat da öz əksini tapıb. Həmin xatirə abidəsinin önündə tədbir keçiriləcək. Eyni zamanda, Qubada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tarix, ədəbiyyat, incəsənət və digər institut alimlərinin iştirakı ilə elmi konfransın keçirilməsinə də hazırlıq işləri aparılır. Bundan əlavə, apreldə AMEA-nın Tarix İnstitutu soyqırımı hadisələrinə həsr olunmuş beynəlxalq konfrans keçirməyi də planlaşdırır. Artıq bu istiqamətdə də zəruri hazırlıq işləri aparılır”.

 

İsa Həbibbəyli Quba Soyqırımı Memorial Kompleksinin ərazisində yerləşən kütləvi məzarlıqda yeni inşa edilmiş xatirə abidəsinin və lövhəsinin açılışı mərasimində kimlərin iştirak edəcəyinə də toxunub:

 

“Xatirə abidəsinin və lövhəsinin açılışı mərasimində Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvləri, AMEA-nın və yerli icra hakimiyyətinin nümayəndələri iştirak edəcəklər. Eyni zamanda, Prezident Administrasiyasının rəsmiləri, müxtəlif nazirliklərin rəsmi şəxsləri də bu tədbirə qatılacaqlar”.

 

Xatırladaq ki, 2018-ci ilin 31 martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın yüzilliyi tamam olur. Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir.

Bundan başqa, Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilir. Azərbaycanlıların soyqırımının tanınmasında Quba Memorial Kompleksi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan deputat Vahid Əhmədov Quba məzarlığının uçma təhlükəsi ilə əlaqədar həyəcan təbili çalmışdı və məzarlığın probleminin qarşısını almaq üçün prezident İlham Əliyevə müraciət etmişdi. Bundan sonra Quba Soyqırımı Memorial Kompleksinin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılmışdı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI