"Qəbilə, tayfa təfəkkürlü cəmiyyət formalaşıb"

22:02 24-07-2019 | icon 961 | Kürsü
"Qəbilə, tayfa təfəkkürlü cəmiyyət formalaşıb"

- Sosial şəbəkədən - Namizəd Xəyal yazır...

 

Ölkədə vəziyyət o qədər acınacaqlıdır ki, bunu yazı ilə anlada bilmirəm...

 

10 il bundan öncə kimsə deyəndə ki, təhsili məhv edirlər ki, millət avam, cahil olsun və heç bir haqq və hüquqlarını tələb edə bilməsinÇ bu fikirə hardasa ciddi yanaşmırdım. Amma indi görürəm ki, nəyinki cahil və avam, dünyada alternativi olmayan bir toplum, cəmiyyət formalaşıb bu təhsilsizliyin sayəsində.

Təhsilini müstəqillik dövründən sonra alan, gənclik dövrü son 20 ilə düşən və ya hazırda yeniyetməlik cağın yaşayan insanların böyük əksəriyyəti, təxminən 80%-i xaraktercə, düşüncə cəhətdən, zövq və beyin cəhətdən yararsız insanlardır.

Bölgələrdə hər 10 gəncdən 2-si sağlam təfəkkürə sahibdir(bəlkə də 1-i) İnsanlarda təhsilsizlikdən, cahillikdən əlavə çox axmaq xarakter formalaşıb. İnsanlar gözlərini açıb sağlam, dürüst sistem görməyiblər. Qanun olmayan ölkədə o buna atıb, bu ona. İşə düzəlməkdən tutmuş hər hansı bir məsələyə görə o bundan rüşvət alıb, bu onun torbasın tikib.

Kiminsə hökumətdə arxası olub, pulu olub deyə qarşısındakının əmlakın, biznesin əlindən alıb.

Kimsə heç bir savadı ağlı olmadan vəzifədə oturub varlanıb və o debilə hər kəs hörmət edib.

Kimsə vəzifəsinə ya vəzifədə olan qohumuna görə qoçuluq edib, qanun saymayıb.

Kimsə "filankəsin qohumuyam"-, deyib başqasının namusuna belə sataşıb. Oxuyan işsız qalıb, oxumayan vəzifədə. Ağıllı, tərbiyəli insan evinə ərzaq almağa pul tapmayıb, amma "debil", axmaq ən son model maşın sürüb. Dürüst, vicdanlı insan işsiz, yüksəlişsiz qalıb, yaltaq yüksəlib. Efirlərdə ağa göz görə-görə qara deyənlər, adlar, ordenlər, mükfatlar alır, amma düz danşan ağzından vurulub və...

...Bir sözlə, saymaqla bitməyən analoqu olmayan sistem yaradılıb ölkədə. Bu mühitdə, bu şəraitdə, bu cəngəllikdə böyüyən, yetişən insan necə olmalıdır ki?!. Və nəticədə çox axmaq, hissiyyatsız, zövqsüz, qəbilə, tayfa təfəkkürlü cəmiyyət formalaşıb.

İnsanların xarakteri, həyata baxışı üzlərinə, görkəmlərinə vurub. Bəli bu dəhşətizmin içərisində yetişdirilən insan modeli nə sağlam gələcək qura bilər nə qanun bilər nə qayda. Bu xalqın gələcəyi çox qaranlıqdır. Bu xalqı yenidən formalaşdırmaq üçün uzun zamana, qapı-qapı, küçə-küçə düşüb bütün həyatını fəda edən, mən deyərdim çürüdən liderə ehtiyacı olacaq. Amma o lider çıxacaqmı? Hər bir çətinliyə, hər əzaba qatlaşıb xroniki xəstə edilmiş, demək olar ki, çürümüş, total korrupsiyanın dibində olan bir toplumu yenidən müalicə edib bəşəriyyət üçün, dünya üçün sağlam bir cəmiyyət, xalq kimi formalaşdıra biləcəkmi? Çox çətin olacaq...çox. Bu gün Azərbaycan insanının böyük əksəriyyəti gözünün önündə baş verənləri, yaşananları anlamayacaq qədər dayazdır, cahildir, kütdür, gücsüzdür, acızdır, bədbaxtdır...

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol