Küçə sənətçisi olmaq istəyənlər üçün seçim başlayır

13:23 26-07-2019 | icon 643 | Şou-biznes
Küçə sənətçisi olmaq istəyənlər üçün seçim başlayır

Bakıda küçə sənətçisi kimi fəaliyyət göstərmək istəyənlər bu gündən Bakı Turizm İnformasiya Mərkəzinə müraciət edə bilərlər.

 

Versus.Az xəbər verir ki, bunu Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov "Küçə sənətçiləri" adlı layihənin təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, sentyabrdan başlayaraq ayda bir dəfə Mərkəz tərəfindən müraciət edilən bacarıqlı şəxslərin kastinqi keçiriləcək. Kastinqdən keçən istedadlı şəxslər 3 ay ərzində seçilmiş ərazilərdə bacarıqlarını nümayiş etdirə biləcəklər:

 

"Sənətçilər 3 ay başa çatdıqdan sonra müddətin uzadılması üçün yenidən Mərkəzə müraciət edə bilərlər. Seçimdən keçənlər fəaliyyət göstərmək üçün heç bir rüsum ödəməyəcək və qazandıqları bütün vəsaitlər özlərinə qalacaq".

 

R.Bağırov əlavə edib ki, dövlət qurumlarının dəstək olduğu layihə çərçivəsində seçim mərhələsini uğurla adlayan sənətçilərə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmələri üçün rəylər veriləcək.

 

Layihə çərçivəsində aktyorlar, musiqiçilər, rəssamlar, rəqqaslar və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirməyə lazımi şərait yaradılacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı