“JARA”nın ikinci günü belə keçdi

14:05 27-07-2019 | icon 743 | Şou-biznes
“JARA”nın ikinci günü belə keçdi

Bakıda, Xəzər dənizinin sahilində yerləşən Sea Breeze Resort istirahət məkanında “JARA” Beynəlxalq festivalı davam edir.

Versus.Az-ın məlumatına görə, fesivalın ikinci günü yenə də təşkilatçı heyət və ulduz müğənnilərin qırmızı xalı üzərində paradı baş tutdu. Bunlar Diana Arbenina, İlqar Xəyal, Serqey Kojevnikov və həyat yoldaşı, Artik&Asti, Denis Klyaver və həyat yoldaşı, Nigar Camal, Filipp Kirkorov və Aygün Kazımova, Emin və həyat yoldaşı Alyona, Sergey Jukov və həyat yoldaşı, Qriqoriy Leps və qızı Yeva , Stas Mixaylov, “Noviye Samosveti”, Brandon Stone, “FABRİKA” qrupu, Jasmin, Brilliant Dadaşova və oğlu, öz səmimiyyəti ilə seçilən Leyla Əliyeva, oğlu Mikayıl və onun dostları idi.

Bu dəfə də xalının üzərindən keçənləri Yana Koşkina və Konstantin Tarasyuk qarşılayıb onlara maraqlı sualları ilə müraciət edirdilər. Ulduz qonaqlar festivalda iştirak etməkdən çox məmnun olduqlarını, Bakıya və milli xörəklərimizə heyran olduqlarından bəhs edirdilər. Amma aparıcıların bir sualı onları bir az təşvişə salırdı – çünki festivalın ikinci günü iki məşhur müğənni Qriqoriy Leps və Stas Mixaylovun batlı ilə başlanacaqdı.

Sual isə belə idi – onlardan hansını daha çox bəyənirsən, hansı daha çox güclüdür? Hamı fikirləşmədən deyirdi ki, belə bir anda yalnız dostluq qələbə çalmalıdır. Yalnız Brandon Stone Qriqoriy Lepsi qalib görərək, öz fikrini söylədi.

Qırmızı xalıya çıxanların arasında ən çox diqqət çəkən cütlük Filipp Kirkorov və Aygün Kazımova oldu. Onlar həmin gün “CALMA” mahnısını bərabər ifa edəcəkdilər. Bu duetin hazırlanması haqqında ulduzların hər ikisi örtülü olsa da, jurnalistlərə qısaca məlumat vermişdilər. Çünki hələ 2006-cı ildə Aygün Kazımova Kreml Sarayında solo konsert verərkən bu mahnını Filipp kirkorovla ifa etmişdir. Və müğənnilər hər zaman vurğulayırlar ki, onların dostluğu illərdir ki davam edir. Tamaşaçılar, festivalda səslənən bu mahnının yeni versiyasını dinlədi.

 

Qırmızı xalı paradı bitdikdən sonra konsert məhz iki məşhurun batllı ilə başladı. Konsertdə Slava, Jasmin, Sergey Jukov, Tamara Qvartsideli, Diana Arbelina Stas Mixaylovla duet, Stiven Siqal (Qriqoriy Leps ilə duet), İqor Nikolayev, Denis Klyaver, Brilliant Dadaşova, Valeriya, Leonid Aqutin. atası Nikolay Aqutin və başqaları çıxış etdi.

Sonda kollektivin 30 yaşını qeyd edən məşhur “LYUBE” qrupu əvəzolunmaz solist Nikolay Rastorquyevin iştirak ilə çıxış etdi. Bu qrupla da bərabər səhnədə “FABRİKA”, “QOROD 312” qrupları və Viktoriya Dayneko yer aldı.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı