Deputat Kanadanın Quebec əyalətinin rəhbərliyi, tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşüb

14:25 27-07-2019 | icon 434 | Cəmiyyət
Deputat Kanadanın Quebec əyalətinin rəhbərliyi, tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Kanadanın Quebec əyalətinin rəhbərliyi, bu ölkənin tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə məcburi köçkün qadınlardan danışıb.


Versus.Az-ın məlumatına görə, Kanadanın Quebec əyalətinin Daxili İşlər naziri Nadine Girault, bu ölkənin tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşməkdən məmunluğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib.

Q.Paşayeva Azərbaycanın Kanada ilə əməkdaşlığa verdiyi önəmdən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlıq və bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsi üçünböyük potensial olduğundan danışıb. Deputat Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə sahibliyi ilə bağlı, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib.

Kanadanın Quebec əyalətinin Daxili Işlər naziri Nadine Girault, bu ölkənin tanınmış təşkilat rəhbərləri və fəal qadınları Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini, iki ölkə arasında münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandıqlarını vurğulayıb. İki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivləri olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam qeyd edilib.

Q.Paşayeva görüşlərin sonunda onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi