Silsilə oğurluqlar edən Lerik sakinləri saxlanılıb

11:58 29-07-2019 | icon 693 | Hadisə
Silsilə oğurluqlar edən Lerik sakinləri saxlanılıb

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran dörd nəfərdən ibarət oğru dəstə tutulub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Versus.Az-a verilən məlumata görə, araşdırmalarla onların Lerik rayonu sakinləri, 29 yaşlı Amil Vəliyev, 33 yaşlı Sadət Azadov, 31 yaşlı Təhməz Dadaşov və sonuncunun qohumu 38 yaşlı Əkbər Dadaşov olduqları müəyyən edilib.

 

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Dəstə üzvlərin ətraflarında aparılan araşdırmalar zamanı məlum olub ki, onlar gecə saatlarında Quba rayonuna gələrək, burada yerləşən üç mağazaya qanunsuz daxil olmaqla, orada pul və tütün məmulatları oğurlayıblar. Oğurluq yolu ilə əldə etdikləri məmulatları Əkbər Dadaşova məxsus minik avtomobili ilə hadisə yerindən aparan dəstə üzvləri, növbəti dəfə başqa bir mağazaya daxil olmaq istəsələr də buna nail ola bilməyiblər.

 

Oğurluq hadisəsi zamanı əldə edilmiş pulun və tütün məmulatlarının bir qismi, eləcə də hadisə zamanı istifadə edilmiş qara maskalar, əlcəklər, kustar üsulla hazırlanmış odlu silah və digər alətlər həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

 

Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR