“JARA” SON AKKORDLARINI VURDU

15:11 29-07-2019 | icon 760 | Şou-biznes
“JARA” SON AKKORDLARINI VURDU

2019-cu il iyul ayının 25-28-də Sea Breeze Resort istirahət məkanında keçirilən “JARA” Beynəlxalq Musiqi Festivalı öz işini bitirdi.

 

Versus.Az xəbər verir ki, 4 gün ərzində bu möhtəşəm festivalda 250-n çox ifaçı iştirak etdi. Final gecəsində qırmızı xalıdan yenə də festivalın yaradıcı qrupu və son konsertdə iştirak edəcək artistlər keçdi.

 

Bu gecənin iştirakçıları Svetlana Loboda, Timati, Qriqriy Leps, Emin, Nazima, Ternovoy, Doni, Natan, Ciqan, MOLLY, Rauf&Faik, Lyubov Uspenskaya, Elvin Qrey, Babək Məmmədrzayev, Səmra rəhimli və Aysel Məmmədova, “SEREBRO”, “MBand” qrupları, Aleksandr Panayotov, Elman, Andro, Doni, Ellai, Klava Koka, Cosmosgirls,Timur Rodriqez və digərləri idi.

Məşhur ifaçı İfaçı Svetlana Lobada Bir neçə xiti ilə və çoxunun sevimli repçisi Timati isə kiçik bir konsert proqramı ilə çıxış edərək, pərəstişkarlarını riqqətə gətirdilər. Konsertdə Emin, qısa zamanda artıq xitə çevrilmiş “NEJNAYA” mahnısını ifa etdi. Jurnalistlərlə müsahibəsində Emin Ağalarov qeyd etdi ki, gələn il “JARA” festivalının artıq birinci yubileyidir. Festivalın beç yaşı tamam olacaq. Biz indidən bu yubiley üçün plan və eni fikirlər irəli sürürük. Bəlkə məkanı bir az da genişləndirərək, stasionar səhnə də qurduq. Bəlkə də festivalın günlərini artırdıq. Amma nə etsək də, bütün çərçivələri düşünməliyik.

“JARA”nın coğrafiyası da genişləənir. Yenidən Dubaya getməyi düşünürük. Konsertləri artıq Avropa ölkələrində və Amerikada da küçirməyi planlaşdırırıq. Beləliklə, öz möhtəşəəmliyi və sözün əsl mənasında tamaşaçılarda “qaynar” təəssürat yaradan 4-cü “JARA” Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla sona yetdi. Bu musuqili və sevincli dörd günü Bakı tamaşaçısına möhtəşəm festivalın yaradıcıları Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın xalq artisti Qriqoriy Leps, “Russkoye radio” və “Zolotoy qrammofon” mükafatını təsisçisi Sergey Kojevnikov bəxş etdilər. Gələn il “JARA” festivalı 202-ci il iyulun 30- avqustun 2-də keçiriləcək.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı