Azərbaycanda ilk dəfə Milli Yaylaq Festivalı keçirilib

16:43 29-07-2019 | icon 615 | Mədəniyyət
Azərbaycanda ilk dəfə Milli Yaylaq Festivalı keçirilib

Yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə Azərbaycanda ilk dəfə olaraq Milli Yaylaq Festivalı keçirilib.

 

Versus.Az xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilən festival iyulun 26-dan 28-ə qədər davam edib.

 

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında təşkil olunan Milli Yaylaq Festivalına 16 ölkədən nümayəndələr, yerli və xarici turistlər qatılıb.
Milli Yaylaq Festivalında iştirak edənlər adət-ənənələrlə tanış olub, milli idman növlərinə tamaşa ediblər.

 

Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb.

 

Festivalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında toxunan xalçalar da nümayiş etdirilib. “Azərxalça” üçün ayrılmış guşədə hana qurulub, Səhmdar Cəmiyyətin Şəmkir filialının toxucusu xalça toxuyub. Səhmdar Cəmiyyətin müxtəlif filiallarında istehsal edilən, ayrı-ayrı xalça qruplarına aid olan xalçalar festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. Burada həmçinin xalçaçılıq tariximizdən bəhs edən, “Azərxalça”nın fəaliyyətini özündə əks etdirən müxtəlif dillərdə nəşr olunan kitablar, kataloqlar, broşürlər də sərgilənib. “Azərxalça”nın pavilyonu ilə tanış olanlara qurumun əməkdaşları tərəfindən Azərbaycan xalçaçılıq tarixi, Səhmdar Cəmiyyətin fəaliyyəti, ölkəmizdə bu milli sənət növünə göstərilən qayğı, yaradılan şərait barədə ətraflı məlumat verilib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI