YENİ CAZ MƏKANI AÇILDI

12:14 31-07-2019 | icon 1149 | Şou-biznes
YENİ CAZ MƏKANI AÇILDI

Tanınmış estrada və caz ifaçısı Təranə Mahmudova POLİFONİYA adlı yeni caz klubunu təqdim edib.

 

Versus.Az-ın məlumatına görə, təqdimatda tanınmş musiqiçilər, müğənnilər, aktyorlar, media nümayəndələri və müğənninin yaxın dostları iştirak edib. Bunların arasında Flora Kərimova, Bəhram Bağırzadə Rahib Azəri, Ənvər Sadıxov, Salman Qəmbərov və digərləri var idi.

 

Yeni açılmış klubu qonaqlara Rahib Azəri təqdim etdi. Bakıda Caz Festivallarının və caz ifaçılarının konsertləri tez-tez keçirilir. Hər janrın pərəstişkarı olduğu kimi, Bakıda caza da pərəstiş edən az deyil. Və dünya səhnələrini fəth edən caz ifaçılarımız da az deyil. Bu şəhər elə əvvəldən də cazla bağlı olub.

 

İlk caz kollektivi Bakda hələ XX əsrin 30-cu illərinin sonunda maestro Niyazi və bəstəkar Tofiq Quliyev tərəfindən yaradılmışdır. Ötən əsrin ortalarında siyasi dalğalı küləklər bu janrı dağa-daşa salsa da, cazsevərlər bu janrı SSRİ məkanında, sonra da hərə öz respublikasında bacardığı qədər inkişaf etdirdilər.

 

Təranə Mahmudova ən böyük arzularından birinin yerinə yetirilməsindən danışaraq qeyd etdi ki, Bakıda jaz klublarının daha da çox açılmasını istəyir.

 

Təqdimat zamanı canlı caz musiqisi səsləndi. Və, təbii ki, Təranə xanım özü də bir neçə caz parçaları ifa etdi.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol