Mitinq "strateq"lərinin gerçək kimliyi

15:25 28-03-2018 | icon 584 | Siyasət
Mitinq "strateq"lərinin gerçək kimliyi

"Milli Şura öz gerçək mahiyyətini ortaya qoydu"

 

Müxalifətin məlum radikal qanadı guya ki, öz aləmində siyasi çeviklik nümayiş etdirərək mitinqin öncədən nəzərdə tutulmuş vaxtını qəfildən dəyişib və növbəti mitinqini 31 mart saat 15:00 tarixində “Məhsul” stadionunda keçirməyi planlaşdırıb.

 

Versus.az-ın məlumatına görə, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov açıqlamasında Milli Şuranın mitinqin vaxtını məhz martın 31-nə dəyşməsində müəyyən nüansların olduğunu önə çəkib:

 

"Axı hər kəs bu faktı yaxşı bilir ki, 31 Mart azərbaycanlılara qarşı erməni-daşnak qüvvələrinin dəhşətli soyqırım təşkil etdiyi gündür. Bəs Milli Şuranın amacı nədir? Onlar həmin gün mitinq keçirməklə sözügedən soyqırım qurbanlarının xatirəsini doğrudan da içdən gələn hüzn və səmimiyyətlə anmaq, soyqırımın 100 illiyini qeyd etməkmi istəyirlər? Yoxsa ki, bu tarixi hadisənin, milli faciənin emosional-psixoloji təsir imkanlarından yararlanaraq Milli Şuranın mitinqinin kütləviliyini təmin etmək amacını güdürlər?"

 

Partiya sədrinin sözlərinə görə, şübhəsiz ki, əsas məqsəd məhz 31 Mart soyqırımının psixoloji effektindən mitinqin kütləviliyi üçün istifadə etməkdir:

 

"Əgər onlar həqiqətən də səmimi və bir az da duyarlı, diqqətli olsaydılar, sözügedən mitinqi elə ilk gündən martın 31-nə təyin edərdilər. Daha mitinqin tarixini sonradan dəyişməyə də heç bir ehtiyac qalmazdı. Amma hiss olunur ki, Milli Şura rəhbərlərinə məsləhət verən polittexnoloqlar qeyri-peşəkardılar və onlar mitinq təqvimini 31 mart tarixinə keçirmək təklifini irəli sürməklə necə deyərlər, "qaş qayırdıqları yerdə vurub gözü də çıxardılar". Sosial şəbəkə istifadəçilərinin mitinqin vaxtının martın 31-nə keçirilməsinə sərt reaksiyalar verməsi də bunun əyani sübutudur".

 

Ə.Hüseynov bildirib ki, soyqırım qurbanlarını anmaq bəhanəsilə mitinq keçirmək və sonda da fürsətdən istifadə edib 11 aprel Prezident seçkilərinə münasibət bildirmək əsla düzgün addım deyil:

 

"Əslində bu, bir daha mitinq "strateq"lərinin gerçək kimliyini üzə çıxarmış olur. Sözün açığı, onlar öz gerçək kimliklərini maskalamağa heç xüsusi cəhd də göstərmirlər. Belə ki, Milli Şuranın sözçülərindən birinin deməsi ki, “bizim əsas məqsədlərimizdən biri ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırıma etiraz etmək, erməni vandalizmini pisləməkdir. Eyni zamanda, bu mitinq 11 aprelə təyin olunmuş növbədənkənar seçkilərə münasibətdir", hər şey gün kimi aydın olur və əlavə şərhə ehtiyac da qalmır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol