“Müstəqil vətənin memarı”

13:06 31-07-2019 | icon 418 | Mədəniyyət
“Müstəqil vətənin memarı”

İyulun 30-da Nizami Kino Mərkəzində ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr edilmiş “Müstəqil vətənin memarı” adlı videofilmin təqdimat mərasimi keçirildi.

 

Versus.Az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İxtiyar Piriyevin müəllifi olduğu ekran əsəri ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirir.

 

Təqdimat mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək tədbirin əhəmiyyətini vurğuladı. Nazir ulu öndər Heydər Əliyevin ölkəmizin taleyində və inkişafında böyük rolu və müstəsna xidmətləri haqqında danışdı.

 

Qeyd etdi ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Azərbaycan Respublikasında dövlət rəhbərliyinə gəlməsi tarixi hadisə idi. Heydər Əliyev Azərbaycan xalqının əbədiyaşar ümummilli lideri və müstəqil dövlətçiliyinin rəmzidir:

“Bu film ulu öndərin əziz xatirəsinə həsr olunub. Ötən 50 ilin parlaq və şanlı səhifələri ümummilli liderin mənalı və şərəfli ömür yolu ilə bağlıdır. Onun hakimiyyətə gəlişi ilə Azərbaycan tarixinin yeni dövrü başlandı. Heydər Əliyevin dövlətimizin tarixində tutduğu yer xüsusi məna kəsb edir. Zaman keçəcək, illər sonra tarixçilər, siyasətçilər onun hakimiyyəti dövrünə nəzər salmaqla nə qədər böyük şəxsiyyət olduğunu bir daha görəcəklər. Çünki uzaqdan hər şey daha yaxşı müşahidə olunur. Heydər Əliyevin Azərbaycan tarixində qoyduğu iz, gördüyü işlər danılmazdır. Onun müdrik siyasəti ölkə həyatının bütün sahələrinin inkişafına təsir edib. Bu gün ulu öndərin siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezidentin həyata keçirdiyi siyasət tərəqqi, inkişaf siyasətidir”.

 

Filmlə bağlı fikirlərini bölüşən nazir onun Milli Kino Günü ərəfəsində təqdim olunmasını əlamətdar hadisə kimi dəyərləndirdi, ekran işinin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür etdi.

Sonra “Müstəqil vətənin memarı” videofilmi nümayiş olundu.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı