ADU məhkəməyə müraciətlə bağlı məlumat yayıb

13:14 31-07-2019 | icon 533 | Təhsil
ADU məhkəməyə müraciətlə bağlı məlumat yayıb

Azərbaycan Dillər Universitetinin mətbuat xidməti “Xural.com” saytının baş redaktoru Əvəz Zeynallı, Filologiya və jurnalistika fakültəsinin sabiq dekanı Vüsalə Ağabəyli, sabiq əməkdaş Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın məhkəməyə verilməsi ilə bağlı açıqlama yayıb.

 

Versus.Az xəbər verir ki, açıqlamada qeyd olunur ki, adıçəkilən şəxslər ötən aylar ərzində dəfələrlə universitet rəhbərliyinə və kollektiv üzvlərinə müxtəlif mətbuat orqanlarında əsassız, böhtan xarakterli fikirlər səsləndirib, bununla da ali təhsil ocağının işgüzar nüfuzuna ziyan vurublar.

 

Xəbərdarlıq olaraq Azərbaycan Dillər Universitetinin Elmi Şurası qərar çıxarıb ki, ali məktəb kollektivinin ayrı-ayrı üzvlərinin ictimai nüfuzuna, eləcə də universitetin işgüzar nüfuzuna xələl gətirən məlumatlar dayandırılmayacağı təqdirdə məhkəməyə müraciət ediləcək. ADU-nun kollektivi yekdil rəylə məhkəməyə müraciət hüququndan istifadə etməyi qərara alıb və adı çəkilən şəxslərlə bağlı iddia qaldırıb.

 

“Təəssüf ki, qarşı tərəf yenə qərəz nümayiş etdirərək, universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullaya növbəti dəfə böhtan atır, iddiadan irəli gələn pul təzminatını doğru istiqamətdə şərh etməyərək ictimai rəyi çaşdırmağa çalışırlar. Məsələ pul təzminatında yox, ADU-nun öz işgüzar nüfuzunu qorumasındadır. Qarşı tərəf üzr istəməli, indiyədək irəli sürdüyü böhtanlara görə təkzib verməlidir. Əgər məhkəmə pul təzminatının ödənilməsi barədə də qərar qəbul edərsə, həmin vəsait universitetin Sosial fonduna köçürüləcək, imkansız tələbələrin təhsil haqlarının ödənilməsinə, qaçqın və köçkün ailələrindən olan tələbələrə müxtəlif maddi yardımların göstərilməsinə, eləcə də tələbələr üçün nəzərdə tutulan sosial layihələrə sərf olunacaq” – deyə, açıqlamada qeyd olunur.

 

YELMAR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı