Rusiyalı politoloq: Dağlıq Qarabağ münaqişəsi modernləşdirilsin

15:58 31-07-2019 | icon 563 | Geopolitika
Rusiyalı politoloq: Dağlıq Qarabağ münaqişəsi modernləşdirilsin

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin modernləşdirilməsi lazımdır.

 

Versus.Az-ın məlumatına görə, bunu yerli mətbuata Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.

O bildirib ki, modernləşmə iki qarşılıqlı yolla baş verməlidir:

 

“Birincisi, yol xəritəsi ilə birgə sənəd layihələrinin hazırlanması və onların reallaşdırılması üzrə konkret addımlardır. İlkin hüquqi akt - Dağlıq Qarabağ və ətraf yeddi rayonla bağlı münaqişənin nizamlanması Konsepsiyası və ya Strategiyası olmalıdır. Yekun sənəd isə Azərbaycanla Ermənistan arasında sərhəd barədə saziş olmalıdır”.

Politoloq qeyd edib ki, ikinci yol danışıqlar infrastrukturunun qurulmasıdır. Onun sözlərinə görə, buraya ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan-Ermənistan birgə qrupunun yaradılması daxildir:

“İnfrastruktur, həmçinin iki ölkənin xarici işlər nazirləri müavinlərinin, xarici işlər nazirlərinin, baş qərargah rəislərinin, müdafiə nazirlərinin xətti ilə daimi əlaqəni ehtiva etməlidir. Bundan başqa, məşvərətlər parlamentlər xətti ilə aparılmalıdır. Hesab edirəm ki, danışıqlar prosesinin səmərəliliyinin artırılması üçün Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının da dialoqu təşkil olunmalıdır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı