Nişanından 1 gün öncə özünü asan 17 yaşlı qızın ürək dağlayan SON GÖRÜNTÜLƏRİ: 

16:41 01-08-2019 | icon 642 | Hadisə
Nişanından 1 gün öncə özünü asan 17 yaşlı qızın ürək dağlayan SON GÖRÜNTÜLƏRİ: 

Zaqatalada nişanından bir gün əvvəl özünü asan 17 yaşlı Gülər İsmayılovanın son paylaşımı ortaya çıxıb.

Versus.Az Primetime.az-a istinadən xəbər verir ki, gənc qızın sosial şəbəkədə paylaşdığı videoda onun həzin musiqiyə qulaq asaraq ağladığı görünür.

Gənc qızın intiharı ilə bağlı yeni detallar da ortaya çıxıb. Əldə etdiyimiz məlumata görə, qızın sevdiyi oğlan universitetdə oxuyur. Oğlan G. İsmayılovaya deyib ki, indi evlənə bilmərik, universiteti bitirim sonra ailə həyatı quraq. Qız da onunla razılaşıb. Lakin G. İsmayılovayanın ailəsi onu başqa oğlanla nişanlamağa hazırlaşırmış və "həri"si verilibmiş.

Xatırladaq ki, hadisə dünən rayonun Əliabad qəsəbəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb. Bildirilib ki, 17 yaşlı qızın nişanı olacaqdı, lakin bir gün öncə intihar edib. Bu, G. İsmayılovanın intihar etməsinin səbəbi kimi qeyd edilir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı