Ona nəsil və ya ailəvi xəstəlik də deyirlər

14:49 02-08-2019 | icon 1860 | Sağlamlıq
Ona nəsil və ya ailəvi xəstəlik də deyirlər

Nərminə Abbasova: “Mədə-bağırsağı məhv edir, Qastrit, xora, onikibarmaq bağırsaq yaralarının ən birinci səbəbkarıdır

 

“Helicobacter pylory - mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli, qrammənfi patogen bakteriyadır. Mədə və onikibarmaq bağırsaq xoraları, qastritlər, duodonitlər, mədənin limfom və şişləri etioloji olaraq helicobacter pylori yoluxması ilə əlaqələndirilir”.

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi Nərminə Abbasova bu dəfə Versus.Az-a Helicobacter pylory patogen bakteriyadan danışıb. Həkim-terapevtin sözlərinə görə, bəzi bakteriyalar var ki, həkimlər belə müalicəsində bəzən çarəsiz qalırlar:

 

“90% helicobacter pylori daşıyıcılarında heç bir xəstəlik simptomları olmur. Helicobacter adlandırılması onun spiral formaya malik olmasıyla əlaqədardır. Bu quruluşa malik olması helicobacter pylorinin mədə və onikibarmaq bağırsağın selikli qişasına asandlıqla daxil olmasına və onun selikdə hərəkət etməsinə imkan yaratmış olur”.

 

Helikobakter Pylorinin necə aşkarlanmasına gəlincə, Nərminə xanım qeyd edib ki, bu bakteriyanın aşkarlanması üçün müxtəlif sınaqlar var:

 

“Bakteriyanın təsdiqi üçün qastroskopiya ilə götürülmüş toxuma nümunəsi (biopsiya) mikroskop altında müayinə olunur - buna Sürətli Ureaza Testi deylir. Yaxud tənəffüs testi C13 aparılır. Müvafiq şəraitdə Helikobakteriya, həmçinin nəcisdə də aşkarlana bilər. Bundan başqa qan zərdabında mikrob əleyhinə anticismi təyin etmək olar”.

 

Həkim-terapevt müalicə üsulundan da danışıb:

 

“Helicobacter pylorinin eradikasiyası və ya eradikasiyon müalicə - standart müalicə rejimi olub, qastrit və mədə xorasının sağalması üçün şərait yaratmaq, sözügedən bakteriyanın mədənin selikli qişasından tam məhv edilməklə kənarlaşdırılmasına istiqamətləndirilib. Bu müalicə rejimi 7-14 gün ərzində aparıla bilinir. Bu cür xəstələr həkim-gastroenterolog tərəfindən araşdırılmalıdır”.

 

Nərminə xanım bildirib ki, Helicobacter Pylori bakteriyasının törədə biləcəyi fəsadlar var:

 

Helicobacter Pylori mədə-bağırsağı məhv edir. Qastrit, xora, onikibarmaq bağırsağın yaralarının ən birinci səbəbkarıdır. Beynəlxalq Agentlik Helicobacter Pylori bakteriyasının 1 dərəcəli kanserogen olduğunu hesab edir. Qorxulu tərəfi isə yoluxucu olmasıdır. Yoluxma adi qab, fincan, öpüş, fekal-oral, çirkli əllər vasitəsilə asanlıqla keçə bilər. Ona görə ona nəsil və ya ailəvi xəstəlik də deyirlər.

Bakteriyanın çoxsaylı növləri var. Sakit və aqressiv olaraq iki tipə ayrılır. Bakteriya xarici görünüşə də təsir göstərir. Həmçinin bir çox dəri xəstəliklərinin səbəbkarıdır: atopik dermatit, civzə, sızanaq, psoriaz və sair”.

 

Həkim-terapevt deyir ki, Helicobacter Pylorinin diaqnostikası asan, müalicəsi isə bir o qədər çətindir:

 

“Nəfəs və qan analizi vasitəsilə aşkarlanır. Amma müalicəsi uzun və kompleksli şəkildə aparılır. Müalicə əsasən antibakterial dərmanlar və xüsusi pəhrizlərlə aparılır. Mədə turşusu sekresiyasına təsir edən xüsusi müalicə ilə bakteriyanı azaltmaq olar. Xəstələr siqaret, içki və stresdən maksimum uzaq olmalıdır”.

 

DİQQƏT!

Əgər siz Helicobacter Pylorinlə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (və ya yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəziniə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı