Qayınatasının yasından qayıdan şəxsin FACİƏVİ ÖLÜMÜ - 

15:18 02-08-2019 | icon 424 | Hadisə
Qayınatasının yasından qayıdan şəxsin FACİƏVİ ÖLÜMÜ - 

Dünən gecə saat 21:45 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən hissəsində - 125-ci kilometrlikdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Bakı şəhər Əmircan qəsəbəsi, T.Bağırov küçəsində yaşayan 59 yaşlı Elman Camal oğlu Kazımov yolu keçərkən Yasamal rayon sakini, 1983-cü il təvəllüdlü Valiulin Emin Xafiniyeviçin idarə etdiyi 90 ZS 907 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə vurulub. Ağır xəsarət alan Elman Kazımov Şirvan şəhər xəstəxanasına aparılıb. Lakin xəstəxanaya çatdırılanda onun artıq keçindiyi məlum olub.

 

Versus.Az avtosfer.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Elman Kazımov da sürücüdür və öldüyü yerdən bir qədər kənarda idarə etdiyi "VAZ-2104" markalı, 90 LP 150 dövlət nömrə nişanlı avtomobili saxlayaraq yolu keçibmiş. Məlumata görə, avtomobildə onun həyat yoldaşı və oğlu da olub.

Elman Kazımov Gürcüstündan qayınatasının yas mərasimindən qayıtsa da, yolboyu yanacağın bitməsinə fikir verməyib. Qaranlıq bir nöqtədə avtomobilin benzini qurtarıb. O da maşını yolun kənarında saxlayaraq yanacaq tapmaq üçün əks istiqamətə keçib. Geri qayıdarkən isə Gürcüstandan gələn Emin Xafiniyeviçin idarə etdiyi avtomobil tərəfindən vurulub.

Ailə üzvləri Elman Kazımovun gec qayıtdığnı görərək düşüb əraziyə baxıblar. Bu zaman onun yol kənarında meyitini görüblər. Hadisə yerinə Yol-Patrul Xidməti əməkdaşları gəliblər. Mərhumun ailə üzvləri stasionar postda aparılıb, oradan isə Bakıya yola salınıb.
Hazırda qəzanı törədən sürücü də saxlanılıb, araşdırma aparılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin