İLQAR ALTAY yazır: AZƏRBAYCANLI ÇERNYAYEVSKİ...

08:29 03-08-2019 | icon 1572 | Cəmiyyət
İLQAR ALTAY yazır: AZƏRBAYCANLI ÇERNYAYEVSKİ...

...VƏ İLK "VƏTƏN DİLİ" DƏRSLİYİMİZ

 

Sözsüz ki, Avropanın elmi, mədəniyyət, siyasi-ictimai, demokratik, sosial-iqtisadi və sair inkişafı Rusiyanınkından üstündür. Bu, tarixən belə olub və bunu ruslar özləri də hər zaman etiraf ediblər. Rus çarları Avropaya gedib, inteqrasiya edib onların ikişafını öz imperiyalarına gətirib.

 

Amma ərəb və fars imperiyaları quruluşları və idarəçiliyinə baxanda rus imperiyası müqayisəolunmaz dərəcədə fərqli və üstündür. Xüsusən də imperiya içərisindəki etnik toplumlara milli, mədəni kimlik, ana dili tədrisi tanımaq və sair ilə. Biz bir xalq olaraq bu müqaisənin canlı şahidi olmuşuq, bizim Quzey Azərbaycanın 19-cu əsr, İrandan qoparılıb, Rusiya imperiyasına qatılma dövründən bəri... Yalnız bir nümunəni göstərək.

 

Bu gün, 21-ci əsrdə İran-fars imperiyası içində 40 milyon azərbaycan türkünə öz ana dilndəki yazıb-oxuma imkanı, məktəbi, təhsili tanınmır. Amma Rus İmperiyası tərkibindəki azərbaycan türkünə bu imkan 140 il bundan əvvəl tanınıb...

Necə olub? Rəsmi mənbələrə müraciət edək.

 

1881-ci ilin yanvarında Qafqaz canişininin təsdiq etdiyi təlimatla Cənubi Qafqazda yaşayan etnik xalqlar nümayəndələri öz Ana dilində dərs alma sisteminə keçid etdi. Azərbaycan dilində isə dərsliyin olmaması canişinin təlimatının yerinə yetirilməməsi təhlükəsini yaradırdı. Bu dərsliyin tezliklə tərtib olunması artıq, dövlət əhəmiyyətli işə çevrilərək Qori seminariyasının Azərbaycan şöbəsinin baş inspektoru Şamaxı malakan rusu Aleksey Çernyayevski yə həvalə olunur.

1882-ci ildə həmyerlimiz A.O.Çernyayevskinin topladığı material əsasında "Vətən Dili" adlanan dərsliyin 1-ci, 1888-ci ildə isə 2-ci hissəsi işıq üzü görür.

 

"Vətən Dili" dərsliyində Qasım bəy Zakir, Molla Vəli Vidadi, Firidun bəy Köçərli, Abbas Səhhət, Mirzə Əbdürrəhim bəy Talıbzadə, Mustafa ağa Arif Şıxlinskinin əsərlərindən də istifadə olunur.

Qırx ilə yaxın müddət ərzində Cənubi Qafqazda аzərbaycanlı uşaqlar, tələbə və müəllimlər üçün mükəmməl dərs vəsaiti olur "Vətən dili". Üzeyir bəy Hacıbəyov (1899-1904 təhsil alıb), Müslüm Maqomayev (1899-1904 təhsil alıb) Mahmud bəy Mahmudbəyov (1879-1883təhsil alıb), Nəriman Nərimanov (1890 bitirib), Süleyman Sani Axundov və s. yüzlərlə Azərbaycan ziyalısının dərsliyi olub, möhtərəm Şamaxılı əsilli azərbaycanlı Aleksey Çernyayevskinin o zamankı "Vətən Dili" dərsliyi.

 

Azərbaycan dili və əlifbası günü münasibətilə xalqımızı təbrik edirəm. Dil və əlifba atributdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi