ODURAĞARANDAN “ODURAKƏRAN”A GƏLƏN YOL

21:09 04-08-2019 | icon 1266 | Köşə
ODURAĞARANDAN “ODURAKƏRAN”A GƏLƏN YOL


İGİD TEYMURLU

 

Odurağarandan “Odurakəran”a gələn yolda dəyərli Musa Qasımlını, dəyərli Sabir Rüstəmxanlını, dəyərli Fəzail İbrahimlini və dəyərli Mirmahmud Mirəlioğlunu görməsəm də, ancaq onlar bir bilgin olaraq, əsil həqiqətlərə və qaranlıqlara işıq salmaq üçün bizdən bir addım öndə gedən bu yolun adamı olmalıdırlar. Bu mənada birbaşa Musa Qasımlıya üz tutulması yardımlıların seçici haqqı və mənəvi prinsiplər baxımından gözləntiləridir.


Öyləsə, lütfən, danış, MUSA QASIMLI, danış!
Bu gün deyəsən nəzəri müstəvidə YARDIMLININ İŞĞAL PROSESİ gedir!!!
Yer adlarımızda yaşayan türkizmləri aradan qaldırmaq üçün toponimlərin dəyişdirilməsi, tarixi abidələrin araşdırılmaması, yerli camaatın sosial məngənədə sıxılması yoluyla!!!

Əslində bu proses sovet dönəmindən başlayıb…
Sərhəd kəndlərinin deportasiyasıyla başlayıb…
Saklarla, oğuzlarla bağlı olan bir kəndin adının dəyişdirilərək ALÇABULAQ edilməsiylə başlayıb...
Öyləsə, bir tarixçi kimi danış, Musa Qasımlı, danış!...
QDURAĞARANın "Odurakəran" edilməsi tarixindən danış...
Danış, Musa Qasımlı, danış!...
OSNAĞARANIN "Osnakəran" edilməsi tarixindən danış......
Danış, Musa Qasımlı, danış!
URAĞARANın "Urakəran" edilməsi tarixindən danış...
Danış, Musa Qasımlı, danış!...
Perimbelin, Cerimbelin adlarındakı dəyişkənliklərin edilməsi tarixindən danış!..
Danış, Musa Qasımlı, danış!
101-ci ildönümünü qeyd etdiyimiz Cümhuriyyətimizin ən sonda süqut etdiyi, ODURAĞARAN-QALACIQ ərazisində sona qədər aparılan mübarizənin tarixindən danış!...
Danış, Musa Qasımlı, danış!
Bu gün itib batan, araşdırılmayan, axtarılmayan, yaddaşlardan silinən Sarı təpə kurqanının acı taleyindən danış!...
Danış, Musa Qasımlı, danış!
Sizlərin “Odurakəran” dediyiniz ODURAĞARAN kəndinin aşağı ərazisi olan “BƏLƏT BOĞAZI” deyilən yerdə yerlə yeksan edilən köhnə qəbirlərdən bir tarixçi kimi danış!... 
Çox hörmətli MUSA QASIMLI, buyurun, danışın.  Nə də olmasa axı siz Yardımlının deputatısınız. Axı siz Yardımlı həqiqətlərini ölkənin ali qanunverici orqanında bəyan edən, Yardımlının problemlərini bu möhtəşəm instansiyanın tribunasından istifadə edərək külli cəmiyyətə çatdıransınız. Baxmayaraq ki, yardımlılar indinin özündə də elə bilirlər ki, Yardımlının deputatı SABİR RÜSTƏMXANLIdır. İndi nə olsun ki, elə Sabir bəyin özü də bu konuda susqunluğun təməlini qoyanlardan olub…
Siz bilirsiniz də bu gün “Odurakəran” adlandırdığınız ODURAĞARAN kəndini mərkəzi yoldan ikicə km məsafə ayırsa da, amma sürətli inkişafımızdan hələ çox uzaqdadır…
Siz bilirsiniz də bu gün “Odurakəran” adlandırdığınız ODURAĞARAN kəndinin ilin, günün bu vaxtında yolu yoxdur, qazı yoxdur, telefonu yoxdur, işıq dirəkləri ötən əsrin 50-ci illərindən qalma çürük bir maketə çevrilərək yüksək gərginlikli xətlərdən asılı vəziyyətdə sallanıb…
Siz bilirsiniz də  bu gün “Odurakəran” adlandırdığınız ODURAĞARAN kəndindəki tarixi türbə mal-heyvan ayaqları altında itib batmaqdadı…
Siz bilirsiniz də bu gün  “Odurakəran” adlandırdığınız ODURAĞARAN kəndinin ərazisində meşə massivinin qırılmasıyla ekoloji fəlakət yaşanmaqdadır…
Siz bilirsiniz də  “Odurakəran” adlandırdığınız ODURAĞARAN kəndində ilin, günün bu vaxtında bir kitabxana yox, bir klub yox, bir tibb məntəqəsi yox, bir məscid yox, kasıbçılıq həddindən də olduqca aşağı səviyyədə yaşayan toplumun bircə dənə də olsun ictimai nəqliyyatı yoxdur…
Bilirəm ki, bütün bunları bilirsiniz və yəqin ki, siz də elə Sabir Rüstəmxanlı kmi Milli Məclisin tribunasından bütün bunlar haqqında olanları bəyan etmisiniz…
Amma və lakin…
Bilirəm ki, bu məsələdə sizdən asılı olmayan məqamlar da var...
Elə isə lütfən, bildiklərinizdən deyin görək, axı bütün bunların kökündə nə dayanır?


Tolerantlıqdan danışırıq, amma heç dövlət bayrağımızda əksini tapan islam inancımızı yaşatmaq üçün Allahın məscidi yoxdu bu kənddə….
Mən hələ yerdə qalan digər sosial problemlərdən danışmıram, dəyərli Musa müəllim!
Nədən bu tarix unudulur, nədən bu tarixi abidələr tapdalanır və ən əsası nədən bu yer adları çox asan bir şəkildə dəyişdirilib!?
Dəyərli Sabir Rüstəmxanlı, axı o yer adları dəyişdiriləndə 25 il müddətində təmsil olunduğunuz Milli Məclisdə müzakirəyə çıxarılan qanunlar, qərarlar ratifikasiya olunurdu. Öyləsə, nədən susdunuz, dəyərli Sabir bəy? Nədən bu konuda sizlər ardıcıl mübarizədən vaz keçdiniz?  
Nədən bu yer adları zamanında dəyişdiriləndə bir tarixçi olaraq, bir elm adamı olaraq sizlərin etiraz səsiniz ucalmayıb. Axı aidiyyatı instansiyalar da dəfələrlə bildirirlər ki, “bu məsələ Milli Məclisdə müzakirə edilib, yekdil qərar qəbul edilib”.
Danışın bu qərarların qəbul edilmə tarixindən, danışın bu qərarların gizli həqiqətlərindən…
Axı bu “kəran” sonluqlarını kimdi kəndlərimizin adına calaq edən, yamaq edən?..
Gürcü şovinistlərinin, fars şovinistlərinin atdıqları addım kontekstində bu gün Yardımlıda oynanılan oyunların icraçıları kimlərdir, dəyərli Musa müəllim, dəyərli Sabir bəy?


Yerli bələdiyyə də “Odurakəran” tapıntısından vəcdə gələrək yolayrıcında hələ bir tanıtım işarəli paya da basdırıb.
ODURAĞARAN kəndi nədən “Odurakəran” olmalıdır!?
Axı Yardımlı camaatı adından danışmaq sizlərə həvalə olunub. Siz birinci Yardımlı həqiqətlərindən, sonra da Qafqazşünaslıqdan danışın, dəyərli Musa müəllim…
Bu gün “kəran” sonluğunu kəndlərimizin adına yamaq edənlərin sabah toylarda “YARDIMLI DA MƏNİMDİR!”, “YARDIMLI DA ÖZ TORPAĞIMDADIR!” deyəcəkləri günə hazırlanan zəmin qarşılığında susmağınızın adı nədir, dəyərli Musa müəllim, dəyərli Fəzail İbrahimli, dəyərli Sabir Rüstəmxanlı, dəyərli Mirmahmud Mirəlioğlu?
Azərbaycan Milli Elmlər Akademiyasının aidiyyatı institutlarının, bu məsələdə yükümlü olan instansiyaların toponimlərlə bağlı ortaya qoyduqları özbaşınalıqlara etiraz əlaməti olaraq Yardımlı camaatının səsini axı yuxarılara kim çatdırmalıdır?
Çatdırdınızmı!?..
Əcəba, görən bu Statistika Komitəsi son 70 ildə konkret olaraq Yardımlı rayonunda dəyişdirilən yer adlarının statistikasını aparıbmı?
Aparıbsa, hanı?
Aparmayıbsa, niyə?


Bununla bağlı tarixçi olaraq dəyərli Musa Qasımlı, Sabir Rüstəmxanlı çıxış etdikləri anı, yeri göstərə bilərlərmi? Və çıxışdakı prinsipiallığın əməli nəticəsi ortada varmı?
Axı toponimlərin dəyişdirilməsi həm də tariximizin araşdırılmasında bir əngələ çevrilə bilər...
Demədi deməyin və mən dedim.


Buyurun bəylər, sizin də deyəcəkləriniz varsa, Cavab Haqqınızdan istifadə edin və sizləri dinləyək…
Bu gün nəzəri müstəvidə Yardımlının işğal prosesi gedir. Toponimlərimizdəki türkizmlər məhv edilir, hətta leksikonumuza belə farstərkibli sözlər zorən sırınır, “özününküləşdirlir” ki, sabah “Yardımlı da bizimdir!” deyə bilsinlər!!!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı